Azerbaijan National Academy of Science

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  MEETINGS

İraq səfirliyinin Mədəniyyət bölməsinin I katibi Əlyazmalar İnstitutunda olub
24.05.2021 17:26
  • A-
  • A
  • A+

İraq səfirliyinin Mədəniyyət bölməsinin I katibi Əlyazmalar İnstitutunda olub

İraq Respublikasının Azərbaycandakı səfirliyinin Mədəniyyət bölməsinin birinci katibi, doktor Hudayfa Mahmud Ziad AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olub.

Müəssisənin baş direktoru, akademik Teymur Kərimli ilə görüşdə Əlyazmalar İnstitutunun İraqda fəaliyyət göstərən əlyazma mərkəzləri ilə elmi əlaqələrinin perspektivləri müzakirə edilib. Həmçinin qonağa institutda mühafizə olunan ərəbdilli əlyazmalar haqqında ətraflı məlumat verilib.

Sonra Hudayfa Mahmud Ziad Əlyazmalar İnstitutunun Ekspozisiya zalında nümayiş etdirilən nadir eksponatlarla tanış olub.

Qeyd edək ki, görüşdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifov və elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfov da iştirak ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: