AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin elmi işçisi Nərgiz Kərimova Çin dilinin təkmilləşdirilməsi məqsədilə Çin Xalq Respublikasının Təhsil Nazirliyinin Çin Xarici Dil Mübadiləsi və Əməkdaşlıq Mərkəzinin ev sahibliyi etdiyi və Anxoy Universitetinin Beynəlxalq Təhsil şöbəsi tərəfindən həyata keçirilən “Anxoy Universitetinin Çin dili körpüsü” adlı onlayn təhsil düşərgəsində iştirak edib.
İki həftə tədris müddəti ərzində peşəkar müəllimlər tərəfindən Çin dili, mədəniyyəti, tarixi haqqında geniş və ətraflı şəkildə dərslər keçirilib. 17 ölkədən 130-dan çox iştirakçının qatıldığı düşərgədə müxtəlif mövzular üzrə təqdimatlar nümayiş etdirilib.
Tədbirdə Nərgiz Kərimova “Gözəl Anxoy məni gözləyir” mövzusunda video təqdimatla çıxış edib və 130 iştirakçı arasında III yeri tutaraq Müvəffəqiyyət sertifikatına layiq görülüb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.