Azerbaijan National Academy of Sciences

The first website of Azerbaijan (1995)

HOME PAGE  >>  NEWS  >>  CONFERENCES, ASSEMBLIES

24.05.2017 14:05
  • A-
  • A
  • A+

Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib

Mayın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin genişləndirilmiş iclası keçirilib. 

İclasda görkəmli alim və hərbi xadim, AMEA-nın fəxri üzvü Kərim Kərimovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı məsələyə baxılıb. Ölkə başçısı İlham Əliyevin alimin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamını xatırladan akademik Akif Əlizadə bildirib ki, AMEA Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi ilə birgə Kərim Kərimovun 100 illik yubileyi ilə bağlı Tədbirlər Planı hazırlayıb.

Rəyasət Heyəti iclasda Sərəncamın icrası ilə əlaqədar müzakirə aparıb, Tədbirlər Planı qərarla təsdiq edilib.

İclasda AMEA-nın müxbir üzvü Ağası Məlikovun 60 illik yubileyi münasibətilə AMEA-nın Fəxri  Fərmanı ilə təltif olunması və görkəmli sənətşünas alim, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq üzrə elmlər doktoru, professor Zemfira Səfərovanın 80 illiyinə həsr olunmuş elmi sessiyanın keçirilməsi, əsərlərinin nəşrə hazırlanması və s. bağlı qərarlar qəbul olunub.

Digər qərarlarla AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində Arxeologiya şöbəsi yaradılıb, Nəsimi adına Dilçilik İnstitutunun Təhsil şöbəsinin Əsasnaməsində qismən  dəyişiklik edilib. Bundan başqa, Folklor İnstitutunun “İrs” Folklor ansamblının adı dəyişdirilərək “Qorqud” folklor ansamblı adlandırılıb. AMEA-nın FəlsəfəHüquq və İnsan Haqları institutlarının elmi şuralarının yeni tərkibi təsdiq edilib, Hüquq və İnsan Haqları İnstitutunun doktorantı Səid Musayevin Fransaya ezam olunması haqqında qərar qəbul edilib.

Sonda bir sıra kadr məsələlərinə baxılıb. Rəyasət Heyətinin qərarı ilə akademik Əli Abbasov AMEA-nın müşaviri vəzifəsinə təyin edilib. Akademik Vaqif Abbasov akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov isə Polimer Materialları İnstitutunun direktoru vəzifələrinə təsdiq ediliblər. Bundan başqa, biologiya üzrə fəlsəfə doktoru Nilufər Hüseynova Mərkəzi Nəbatat Bağının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Xuraman Xəlilova Botanika İnstitutunun elmi katibi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Allahyar Muradov İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva isə həmin institutun elmi katibi vəzifələrinə təyin olunublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Share: