Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı Moskvada çapdan çıxıb
04.06.2020 10:52
  • A-
  • A
  • A+

“Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı Moskvada çapdan çıxıb

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Aydın Balayevin “Azərbaycanlılar. XIX-XX əsrlərdə millətin formalaşmasının başlıca mərhələləri” kitabı Moskvanın “Flinta” nəşriyyatında çapdan çıxıb.

Kitab Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunub. 

Monoqrafiyada Cənubi Qafqazda əhali baxımından ən çoxsaylı xalq olan azərbaycanlıların əsrlər əvvəl bu torpaqlara köçməsi, Azərbaycan etnosunun formalaşması, eləcə də XIX-XX əsrlərdə azərbaycanlıların həyatında baş verən mədəni-iqtisadi dəyişikliklər və digər mövzulara toxunulub.

Nəşr tarixçilər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: