Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

05.10.2016 13:47
  • A-
  • A
  • A+

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

Bu gün AMEA Rəyasət Heyəti aparatının II Xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan şöbə rəisi Eldar Quliyev gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Sonra elmi müəssisə və təşkilatların MM qərargah rəisləri sentyabr ayında baş tutan Rəhbər Heyətin MM məşqlərinin nəticələri barədə məlumat veriblər. Bildirilib ki, AMEA-nın Zoologiya, İnformasiya Texnologiyaları, Fiziologiya və Radiasiya Problemləri institutlarında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan və qüvvələrinin idarəetməsinin təşkili” mövzusunda Rəhbər Heyətin MM məşqləri keçirilib. Məqsəd Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının tələblərinin Rəhbər Heyət, Fövqəladə Hallar Komissiyası, MM qərargah və hərbiləşdirilməmiş MM qüvvələri, komandir-rəis heyəti tərəfindən mənimsənilməsi və yerinə yetirilməsi, fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, həmçinin qəza-xilasetmə işlərinin təşkili və aparılmasında MM qüvvələrinin idarəetmə bacarığı üzrə biliklərinin artırılması və təkmilləşdirilməsi olub.

İclasda oktyabr ayında rəhbər, komandir-rəis heyətləri və işçilərdən ibarət hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin şəxsi heyətinin hazırlığının qüvvədə olan proqramlara müvafiq həyata keçirilməsi tapşırılıb.

Tədbirdə II Xüsusi şöbənin baş mütəxəssisi Əlimərdan Məhəmmədov 2017-ci ilin MM planlarının tərtib edilməsinə dair lazımi tövsiyələrini verib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli qərarının tələblərinin öyrənilməsi məqsədilə mülki müdafiə qərargah rəisləri ilə seminar-məşğələ davam etdirilib.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Sonda bir sıra məsələlər də nəzərdən keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: