www.science.az
15.03.2019 15:08

Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şuranın iclası keçirilib

AMEA-nın Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Torpaq və su ehtiyatlarının idarə edilməsi və ətraf mühitin mühafizəsi problemləri üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

Tədbirdə c.e.d., prof. Rza Mahmudov BMT Baş Assambleyasının qərarı ilə təsdiqlənmiş 22 Mart  - Dünya Su Gününə həsr olunan məruzə ilə çıxış edib. Bildirib ki, 1993-cü ildən etibarən qeyd olunan Dünya Su Gününün əsas məqsədi iqlim dəyişiklikləri nəticəsində yaranan su qıtlığı ilə bağlı qlobal problemin cəmiyyətlərə çatdırılması və həllinə yönəltməkdən ibarətdir.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb və çap olunması tövsiyə edilib.

Daha sonra fəlsəfə hazırlığı üzrə doktorant və dissertantların dissertasiya mövzuları müzakirə olunub. Müzakirə olunan 10 dissertasiya mövzusundan 8-i təsdiqlənib, 2 mövzu yenidən baxılması üçün geri qaytarılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.