Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019 17:16
  • A-
  • A
  • A+

Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir

Bu gün AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Novruz bayramına həsr olunan tədbir keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Novruz bayramının ölkəmizdə xalqımızın milli tarixi bayramı kimi qeyd edildiyini bildirib. İnstitut əməkdaşlarını və tədbirdə iştirak edən qonaqları bayram münasibətilə təbrik edən alim onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Daha sonra institutun Şifahi xalq ədəbiyyatı və yazılı abidələr şöbəsinin müdiri, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, AMEA Qadınlar şurasının sədri, professor Rəna Mirzəzadə çıxış edərək öz təbriklərini çatdırıblar.

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovanın “Novruz türk etno-mədəni hadisəsi kimi” mövzusunda məruzəsi dinlənilib.

Sonda Aşıqlar Birliyinin üzvləri saz üstə öz təbriklərini çatdırıblar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: