Dendrologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədovun “Azərbaycan dendroflorası” kitabının V cildi çapdan çıxıb.
Kitabda yerli və xarici floraya mənsub 15 fəsilə, 36 cins və 156 növ haqqında oxucuya məlumat verilir. Tədqiqat işində Azərbaycanın müxtəlif bölgələrinə təşkil edilən ekspedisiyalar zamanı bitkilərin təbii yayılma arealları, növ tərkibi dəqiqləşdirilib, herbari və toxum materialları toplanılıb. Həmçinin növlərin taksonomiyası, fəsilə, cins, növlər üzrə təyinedici açarları verilib. Mədəni floramızda istifadə olunan müxtəlif dünya dendroflorasına mənsub bitki növləri, onların taksonomik tərkibi araşdırılıb və kitaba əlavə edilib.
Çoxcildlikdə Azərbaycanın təbii florasında olan bitkilərlə yanaşı, introduksiya edilmiş bitkilərin bioekoloji xüsusiyyətləri və xalq təsərrüfatının müxtəlif sahələrində istifadə perspektivliyi haqda məlumatlar da verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.