Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üçcildlik əsərin təqdimat mərasimi keçirildi
20.06.2014 00:00
  • A-
  • A
  • A+

“Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üçcildlik əsərin təqdimat mərasimi keçirildi

Bu gün “Four Seasons Baku” otelində yazıçı-publisist, Əməkdar jurnalist Vasif Səmədov və siyasi elmlər üzrə fəlsəfə doktoru Rövşən Vəlizadənin “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” adlı üçcildlik əsərinin təqdimat mərasimi keçirildi.

Tədbirdə Milli Məclisin deputatları, nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların, səfirliklərin təmsilçiləri, alim və ziyalılar, KİV nümayəndələri iştirak edirdilər.

AMEA İnsan Hüquqları İnstitutu, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “Xocalıya Ədalət” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası və “Kaspian İzvestiya” Beynəlxalq İnformasiya Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri giriş sözü ilə açan kitabın həmmüəllifi Vasif Səmədov bildirdi ki, üç cilddən ibarət nəşrin məhz Beynəlxalq Qaçqınlar Gününədək hazırlanması və təqdim edilməsi vacib məsələ idi: “Əlamətdar haldır ki, bu kitab məhz bu gün təqdim olunur. Azərbaycanda qaçqınlar və məcburi köçkünlər çətin günlər yaşamışlar”. Müəllif bildirdi ki, kitab üçün materiallar toplayarkən BMT-nin müvafiq strukturları ilə sıx əlaqə qurmuş, arxiv sənədlərindən istifadə edilmişdir.

V.Səmədov bildirdi ki, “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir. Təqdim edilən kitablar bu modelin böyüklüyünü və əhəmiyyətini dərk etməkdə gələcək mübarizələr və qələbələr üçün lazımi nəticələr çıxarmağa kömək edəcəkdir.

Sonra çıxış edən baş nazirin mavini Əli Həsənov bildirdi ki, Xocalı faciəsini XX əsrin böyük soyqırımlarından biri adlandırdı. Qeyd etdi ki, bu faciəyə ulu öndər Heydər Əliyevin səyləri nəticəsində siyasi qiymət verilmişdir. Soyqırımı ilə bağlı Prezident İlham Əliyevin sərəncamları olmuşdur. Həmçinin bu soyqırımının tanıdılmasında Heydər Əliyev Fondunun mühüm rolu olmuşdur. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyasına başlanması sayəsində dünya bu soyqırımı barədə daha ətraflı məlumat əldə etmişdir.

Əli Həsənov üçcildliyin ingilis və rus dillərinə tərcümə ediləcəyini bildirərək demişdir: “Bu kitablarda elə faktlar vardır ki, hətta öz ictimaiyyətimiz də bu haqda məlumatlı deyil. Bunları dünya ictimaiyyəti bilməlidir. Geniş ictimaiyyətə təqdim olunan bu üçcildliyin müasir tariximiz və mədəniyyətimiz üçün əhəmiyyəti təkzibedilməzdir”.

Tədbirdə çıxış edən AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva, Ədəbiyyat İnstitutunun əməkdaşı, Fəlsəfə Cəmiyyətləri Federasiyasının üzvü, professor Rahid Ulusel və başqaları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyasının 5 illiyinə həsr edilmiş üç cildlik kitabda beynəlxalq terrorun bir qolu olan erməni terrorçularının müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında törətdikləri soyqırımdan bəhs etdilər, kitabın mövzusunun Xocalı soyqırımı olmasına baxmayaraq əslində, bu əsərdə ümumilikdə Qarabağ faciəsini bütün kəskinliyi və amansızlığının əks olunduğunu xüsusi vuğuladılar.

Bildirildi ki, “Leyla Əliyeva: “Xocalıya ədalət!” (Beynəlxalq erməni terroruna qarşı yeni strateji model)” kitabını səciyyələndirən xüsusiyyətlərdən biri odur ki, burada sözügedən kampaniyanın 5 illik fəaliyyətinin nəticələrinin dəyərləndirilməsinə, “Xocalıya Ədalət!” hərəkatının milli, regional və beynəlxalq səviyyələrdə gördüyü işlərin əhəmiyyətinə xüsusi diqət verilib.

Kitabın üçüncü cildində xüsusi diqqət çəkən məqamlardan biri də, məhz erməni mənşəli dünya alimlərinin tarixi faktlar haqqında söylədikləri fikirlərdir. Belə ki, bu ziyalılar dövrü mətbuat səhifələrində və elmi-tədqiqat əsərlərində öz erməni həmkarlarına tarixi həqiqətləri təhrif etmələri barədə sərt ittihamlar söyləmişlər. Nümunə kimi bu məqamlardan bir neçəsi kitabın məhz sonuncu cildində oxuculara təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: