Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti 2019-cu ildə ölkə ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestrinin siyahısını açıqlayıb.
Siyahıya əsasən, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin alimləri “Yaqub” və “Çingiz” tut ipəkqurdu cinsləri və “Çingiz x Yaqub” və “Yaqub x Çingiz” hibridlərinin yaradıcısı kimi patent alıblar. Sözügedən tədqiqat işləri “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na əsasən aparılıb.
Qeyd edək ki, ümumilikdə 2019-cu il ərzində qeydiyyata alınan 232 bitki sortu və hibridlərin müəlliflərinə patent və şəhadətnamələr verilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.