İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev İctimai Televiziyanın “Xəbərimiz var” proqramının qonağı olub.
O, müasir informasiya texnologiyalarının daha geniş tətbiqi, yüksək sürətli internetin əhatə dairəsinin genişlənməsi və elektron platformaların əlçatan olmasının rəqəmsal savadlılıq problemlərini aktuallaşdırdığını diqqətə çatdırıb.
Alim öz çıxışında rəqəmsal transformasiyanın gətirdiyi reallıqlar kontekstində kibercinayətkarlıq hallarının artmasından bəhs edib, kibertəhlükəsizliyin təmin olunması və digər problemlər barədə danışıb. O, süni intellekt texnologiyalarının gətirdiyi təhlükələr, bu təhlükələrin aradan qaldırılması istiqamətində görülən işlər və s. haqqında ətraflı məlumat verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.