Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Hüquq və İnsan Haqları İnstitutu ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub
06.03.2020 17:40
  • A-
  • A
  • A+

Hüquq və İnsan Haqları İnstitutu ilə Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun direktoru, professor Aytən Mustafazadə ilə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev arasında işgüzar görüş keçirilib.

Görüşdə gündəlikdə olan cari və perspektiv işlər nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib.

Professor Aytən Mustafazadə rəhbərlik etdiyi müəssisənin əsas fəaliyyət istiqamətlərindən danışaraq, institutun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsində aparılan elmi araşdırmaları diqqətə çatdırıb.

Sonra çıxış edən Vladimir Georgiyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanda xeyli sayda qaçqın və miqrantın olduğunu bildirib. O, Azərbaycanda Beynəlxalq Miqrasiya Təşkilatının yeni layihəsi əsasında Beynəlxalq Treninq Mərkəzinin yaradılacağını deyib. V.Georgiyev bu layihənin ölkə üçün uğurlu olacağına inamını ifadə edib. 

Hüquq və İnsan Haqları İnstitutunun Əcnəbilərin hüquqları və miqrasiya şöbəsinin müdiri, hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasiyev isə çıxışında Beynəlxalq Miqrasiya Təşkilatı ilə birgə layihə həyata keçirmək təklifini irəli sürüb. O, layihə çərçivəsində miqrantların vəziyyətinin elmi cəhətdən araşdırılmasını və qanun layihəsi olaraq Milli Məclisə təqdim edilməsini təklif edib.

Görüşdə iki qurum arasında əməkdaşlıq sənədinin vaxtının uzadılması və sənədə yeni bəndlərin əlavə olunması müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: