AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin müvafiq sərəncamı ilə Xuraman İsmayılova Mərkəzi Elmi Kitabxananın kitabxana xidməti üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Qeyd edək ki, kitabxanaçı-biblioqraf X.İsmayılova Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisidir. O, Azərbaycan Yazıçılar Birliyinin və Azərbyacan Jurnalistlər Birliyinin üzvüdür.
X.İsmayılova bundan əvvəl Mərkəzi Elmi Kitabxanada bölmə rəhbəri vəzifəsində çalışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.