Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

İqtisadi-riyazi modelləşdirmə üzrə Elmi şuranın iclasında 7 dissertasiya mövzusu müzakirə edilib
16.06.2020 12:16
  • A-
  • A
  • A+

İqtisadi-riyazi modelləşdirmə üzrə Elmi şuranın iclasında 7 dissertasiya mövzusu müzakirə edilib

İqtisadi-riyazi modelləşdirmə üzrə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Elmi şurasının onlayn rejimdə növbəti iclası keçirilib.

Şuranın sədri, AMEA-nın müxbir üzvü Akif Musayevin sədrliyi ilə keçirilən iclasda 2 elmlər doktoru və 5 fəlsəfə doktoru proqramı üzrə 7 dissertasiya işi müzakirəyə çıxarılıb.

AMEA-nın İqtisadiyyat İnstitutundan 2, İdarəetmə Sistemləri İnstitutundan 4, Bakı Dövlət Universitetindən 1 nəfər olmaqla, ümumilikdə 7 doktorant və dissertantın mövzusu müzakirə edilərək qeydiyyata alınıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: