Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Azərbaycanlı alimin hazırladığı fəsil “Handbook of Porous Silicon” soraq kitabında yer alıb
19.02.2015 00:00
  • A-
  • A
  • A+

Azərbaycanlı alimin hazırladığı fəsil “Handbook of Porous Silicon” soraq kitabında yer alıb

AMEA Fizika İnstitutunun laboratoriya rəhbəri, akademik Təyyar Cəfərovun hazırladığı fəsil 2015-ci ilin yanvarında “Springer” (Almaniya) beynəlxalq nəşriyyatında “Handbook of Porous Silicon” soraq kitabında çap olunub.

Həcmi 1017 səhifə olan kitabın (ensiklopediyanın) redaktoru, məsaməli silisumun texnologiyasını və bu materialda fotolyuminessensiya hadisəsini kəşf edən məşhur ingilis alimi B.Kanxamdır. Kitab 100 fəsildən ibarətdir və fəsillərin müəllifləri Kanxam tərəfindən dünyanın 35 ölkəsindən dəvət olunan, nano-strukturlu silisium istiqamətində tanınmış alimlərdir.

Kitabda nano-məsaməli silisiumun texnologiyasına, quruluşuna, optik, lüminessensiya, elektrik, maqnit, termik və s. xassələrinə və materialın optoelektronika, foto-voltaika, hidrogen-voltaika, sensorika, akustika, bio-tibbdə istifadə edilməsinə aid fəsillər yer alır. Adıçəkilən kitabın “Məsaməli silisium və Günəş elementləri” (“Porous silicon and Solar Cells”) adlı fəslində akademik Təyyar Cəfərovun əməkdaşları ilə birlikdə, nano-strukturlu silisiumun fotovoltaik günəş elementlərində istifadə edilməsinə aid araşdırmalarının nəticələri və bu istiqamətdə son 25 ildə dünyanın elmi mərkəzlərində görülən işlərin icmalı verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.
  • Paylaş: