Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Azadəliyev Cəbrayıl – 80
24.11.2015 11:53
  • A-
  • A
  • A+

Azadəliyev Cəbrayıl – 80

AMEA Geologiya və Geofizika İnstitutunun əməkdaşı, geologiya-mineralogiya elmləri doktoru, pro­­­­fes­sor  Cəb­­rayıl Əb­­­­­dü­ləli oğlu Aza­­də­li­yev 1935-ci il noyabrın 29-da Qərbi Azərbaycanın Zəngə­zur mahalının Qa­­­­fan ra­yo­­nun­da Mahmudlu kəndində anadan olmuşdur. 1954-cü ildə Gığı kənd tam or­ta mək­­­­­­­tə­­b­ində orta təhsilini 8 il ərzində əla qiy­mət­­lər­lə ba­şa çat­dır­mışdır. C.Ə.Aza­dəliyev Azərbay­can Döv­lət Uni­ver­­si­te­ti (hazırda Ba­kı Döv­lət Universiteti) Ge­­­­o­lo­­gi­ya-coğ­ra­fi­ya fa­kültəsinin “Ge­o­lo­ji syomka və fay­dalı qa­­zın­tı ya­taq­la­rı­­nın ax­ta­rı­­şı” şö­bə­­sini fər­q­­­­lən­mə diplomu ilə bi­tirmişdir. Mü­hən­dis-ge­o­loq ix­ti­sa­sı­­na yi­yə­lən­­ən Cəb­ra­yıl Aza­dəliyev tələ­bə­lik illə­rin­də dövrünün tanın­mış mü­əl­lim­lə­rin­­dən al­dığı nə­zə­ri bi­lik­ləri çöl təc­rü­bələ­rin­də tək­­mil­­­ləş­dirərək gənc yaşlarından bacarıqlı geoloq kimi özü­nü tanıt­dırmış­dır.

1959-cu il­­in iyun ayından aka­­demik M.Ə.Qaş­qayın şəxsi tə­şəbbüsü və inadlı təhriki ilə Az­ər­bay­can MEA Ge­o­lo­gi­ya İns­titu­tun­a (indi­ki Geologiya və Geofi­zi­ka İns­titu­tu) təyinat almış, 1961-ci ildə əyani aspi­ran­t, sonra kiçik elmi iş­çi, böyük elmi iş­çi, böyük elmi iş­çi-qrup rəh­bəri kimi fə­a­­­liyyət gös­­tər­mişdir. 1986-cı il­dən “Me­ta­­so­­­­ma­tizm və fi­liz­əmə­ləgəlmə” şö­bəsinə rəh­bər­lik et­miş­dir. 1966-cı ildə nami­zəd­­­lik, 1998-ci il­də dok­tor­luq dis­serta­si­yalarını mü­dafiə etmiş, professor elmi adına layiq görülmüşdür. Alim 1967-ci il­dən Ba­kı Döv­lət Uni­versitetinin “Fay­da­lı qa­zın­tı­la­rın ge­olo­giyası” kafe­dra­­sın­da saathe­sabı qaydada pe­da­qoji fəaliy­yət­­lə məşğul olm­­uş, 1999-cu il­dən indiyədək kafedranın pro­fes­soru vəzi­­fə­­sində fəaliyyət gös­tə­rir.

Professor C.Ə.Aza­dəliyev metamorfizm, metasomatizm və filizəmələgəlmə pro­seslə­ri­nin fi­ziki-kim­yə­vi analizi, filiz yataqlarının geologiyası, mineralogiyası və geokim­ya­sı, endogen me­tal­­lo­ge­ni­ya, ge­ne­tik mi­ne­ralogiya və fiziki geokimya, tət­bi­qi geo­logiya, geoeko­lo­giya elm sa­hə­­lə­ri üzrə tədqiqatlar aparmışdır. Respublikada metasomatik mineraləmələgəlmə pro­ses­lərinin öy­rə­nilməsi sahəsində yeganə mütəxəssis olaraq, C.Aza­dəliyev elmin bu mütərəqqi is­ti­­qamətini mü­vəf­fəqiyyətlə inkişaf etdirir. Alimin bu sahədə əldə etdiyi 20-dən çox də­yər­li elmi və tətbiqi nə­ti­cə­lər ən mühüm nailiyyətlər qismində SSRİ Elmlər Akademiyasının və Azər­bay­can Mil­li Elmlər Aka­demiyasının illik hesa­ba­tlarına daxil edilmişdir. Professor C.Ə.Aza­dəliyev Azər­­bay­ca­nın ge­o­lo­gi­ya­sında bir sıra yeniliklərə imza atmışdır. Daş­kə­sən skarn-dəmir ya­­ta­ğı əmələ gələr­kən skarn me­ta­so­ma­to­zu zamanı kimyəvi kom­po­­nent­lərin filizdaşıyan hidroter­mal məh­lullar vasi­tə­silə metaso­ma­toz zonasına miqdari gətirilmə-çıxarılma balan­sı­nı ilk olaraq mü­tərəqqi metodla he­­sab­la­yan və bu pro­sesdə komponentlərin geo­kim­yə­vi dav­ranışını təhlil edən C.Aza­dəliyev, eyni za­man­da ska­­po­lit mine­ra­lı­nın izomorf marialit minalının Daşkəsən skarn-də­mir yatağının skarnətrafı me­tasoma­tit­lə­­rində ge­niş yayıldığını, Ketam-Kilit zonasının (Ordu­bad rayonu) skarn­la­rında qalay mi­­ne­ral­laş­ma­sını müəy­yən etmiş, eləcə də Kiçik Qafqaz re­gi­o­nun­da dəqiq təd­qi­qat­lar­la ilk olaraq Mu­rov­dağ struk­turunda yura-paleogen yaşlı vul­ka­no­gen­lərin regional metamor­fiz­mə uğ­ra­mış fa­si­ya­la­rın­da geniş yayıl­mış abis­­so­­fob xassəyə malik pumpelliit mi­­ne­ralarını aşkar et­­­miş­dir. Alim Ki­çik Qafqa­zın filizdaşıyan me­ta­so­ma­titlərinin geniş ge­netik-formasion tə­s­­­ni­fatını, Kiçik Qafqazın mezo­kay­no­zoy intruzi­ya­la­rı­nın kontakt-termal metamor­fiz­min petroloji-genetik modelini, mis-porfir və skarn-dəmir filiz for­ma­si­ya­la­rı­nın ge­o­loji-ge­ne­tik və həc­mi-ge­o­kim­yə­vi mo­del­lərini işlə­yib ha­zır­la­mış, bununla da gizli fi­liz yığımlarının bir­ba­şa axtarışı və proqnozu istiqamətində mi­ne­ra­loji-ge­o­kimyəvi və metasomatik kriteri­lər komp­lek­sini təklif etmişdir. Kiçik Qafqazın ul­­tra­­əsasi mas­siv­lə­rinin 150 ildən ar­tıq öy­rə­nil­mə tarixində on­ların yan süxurlarla tə­mas­la­rında yük­­səktem­pe­raturlu ter­­mal də­­yi­şil­mə­lərin ti­­po­morf mineral as­­so­siasiyalarını ilk ola­raq C.Aza­də­li­yev kompleks pre­si­zi­on me­tod­larla öyrə­nib aş­kar­lamış, re­gionun ul­­tra­­əsasi mas­sivlə­ri­nin av­toxton-in­t­ru­ziv yolla for­ma­­laş­dı­ğını təkzib olunmaz dəlillərlə əsas­­landır­mışdır. Alim, həm­çi­nin yer qabığında kal­­si­umlu skarn­­ların əmələ gəl­mə­sinin kon­ver­­gent­­liyi ide­ya­­­sını elmdə ilk ola­raq irə­li sürmüş­dür. İlk olaraq Ki­­çik Qafqaz regionunun tektonik-maq­matik inkişafı ərzində yer qa­bı­ğında yaranmış “filiz-maq­ma­­tik sistemlər”in ayrılması prinsip­lə­­rini iş­lə­yib hazır­la­yaraq, maq­ma­­­tik kütlənin homo­drom tə­ka­­mü­lü ilə əla­­qədar bu sistemlərin hid­­ro­ter­mal fəaliy­yə­tinin ikili xa­rak­­terli (maqmanın özünün tə­­­ka­mülü ilə bağlı hidro­ter­­mal məhlul­la­rın bilavasitə tə­­ka­mülü) ideya­sı­nı irəli sü­rərək əyani ola­raq əsaslan­dır­mış­dır.

Professor C.Azadəliyev 60-dan çox beynəlxalq, Ümumittifaq və respublika miqyaslı elmi kon­­­­­fransların, müşavirələrin, sessiyaların fəal iştirakçısı olmuş, maraqlı elmi məruzələrlə və kon­s­truk­tiv təkliflərlə çıxış etmişdir. Metasomatik filizəmələgəlmə sahəsində uzaq xaricdə və SSRİ mə­­­ka­nında kifayət qədər tanındığına görə C.Aza­dəliyev vaxtilə SSRİ Elmlər Aka­de­mi­ya­sı­nın Fi­­liz­­əmə­­lə­­gəl­mə Şura­sı­nın Metasomatizm sek­­si­yasına (1972), həmin Şuranın Meta­mor­­fizm və Me­­ta­­mor­­fogen F­lizəmələgəl­mə Komissi­ya­­sı­na (1982), SSRİ Elmlər Aka­demiya­sı­nın Pe­t­­roq­rafiya Ko­mi­­tə­sinin Me­ta­­morfizm Ko­mis­siyasına (1983) üzv seçil­ərək uzun illər fə­a­liy­yət gös­tərmişdir. O, Üm­u­m­­itti­faq Mine­ra­logiya Cə­miy­yətinin və Azərbaycan Mineralogiya Cə­miy­­yə­ti­­nin üzvüdür (1960), Azərbay­can Mi­neralogi­ya Cəmiyyə­ti­nin vitse-pre­zidenti (1995) se­çil­miş­dir.

Azərbaycan elminin inkişafında qazandığı nailiyyətlərə və fədakar əməyinə görə möhtərəm Prezidentimiz İlham Əliyevin Sə­rən­camı ilə professor C.Aza­dəliyev “Tərəqqi” medalı və “Azər­bay­can Respublikasının Prezidentinin fəxri diplomu” ilə təltif edil­­­mişdir. AMEA Rə­ya­­sət He­yətinin, Yer Elmləri Böl­mə­si­nin, Geolo­gi­ya və Geofi­zi­ka İnsti­tu­tunun “Fəxri Fər­man”­ları ilə müka­fat­lan­­dı­rılmışdır. Amerika Bio­qra­fi­ya İnstitutu (ABŞ) C.Aza­də­liyevi “2000-ci ilin Adamı” və “2001-ci ilin Görkəmli Elm Xa­­di­mi” elan etmiş, “Görkəmli Nai­liy­yət­lərinə görə Ömür­lük Xatirə Medalı” və “Bey­nəl­xalq Müvəf­fə­qiy­yət Tərif Qramotası” ilə təltif etmişdir.

300-dən çox elmi əsərin, o cümlə­dən 5 mo­noqrafiya, dərs­liklərin, dərs və­sa­it­lərinin, eləcə də bakalavriantlar və magistrantlar üçün təd­ris proqram­la­rı­nın müəllifi­dir. 25 elmi he­sabatın, o cüm­­lədən 10 təsər­rü­fat mü­qa­­vi­lə­li işin elmi rəh­bəri və məsul icraçısı ol­muş­dur. “Azər­bay­­ca­nın geologi­ya­sı” çoxcild­iyinin (rus di­lində) VI cildinin (2003, 2005) redak­si­ya he­­yə­ti­nin üzvü, “Azərbaycanın geo­lo­gi­ya­sı” III cil­dliyin­də (2015) “Bərk fay­dalı qa­zın­tı­lar” böl­mə­si­nin müəllif­i­dir.

Alim, eyni zamanda gənc mütə­xəs­­sis­lərin və el­mi kadr­la­rın hazırlan­ma­­sında fəal iştirak edir. Bir sı­ra mo­no­qra­fi­yaların re­dak­­toru, elə­cə də elmi kül­li­yat­ların və məcmu­ə­­lərin re­dak­­to­ru və re­dak­siya he­yətlərinin üz­vü olmuşdur. Ge­ologiya və Geofizika İns­ti­tu­tu El­mi şu­ra­sının üz­vüdür.

Professor C.Aza­dəliyev bacarıqlı təşkilatçı və ictimaiyyətçidir. Uzun illər Geologiya İnsti­tun­da Xalq Nəzarəti qrupuna rəhbərlik etmişdir. 1992-ci ildə Azər­bay­can EA Azad Həm­kar­lar İt­ti­faqlarının ya­radılmasının fəal təşkilatçılarından bi­ri olmuş, təşkilatın ilk Ni­zamna­mə­si­ni hazırlayaraq Ədliyyə Nazirliyinin Kollegiyasından keçirtmiş, İttifaqın Kolle­gi­al Rə­ya­sət He­yə­ti­nin həmsədri və Məclisinin sədri olmuşdur. 1997-ci ildən Geologiya İnstitutunda Yeni Azər­bay­can Partiyasının ərazi təşkilatının yaradıcısı və sədridir.

Tanınmış geoloq alimi 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirik, ona uzun ömür, möhkəm can sağlığı, elmi və pedaqoji fəaliyyətində böyük nailiyyətlər arzulayırıq.

 

Fəxrəddin Qədirov, AMEA Yer Elmləri Bölməsinin akademik-katibi, akademik

  • Paylaş: