Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinarların keçirilməsi davam etdirilir
13.06.2016 15:16
  • A-
  • A
  • A+

Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinarların keçirilməsi davam etdirilir

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda beynəlxalq vebinarların (İnternet vasitəsi ilə seminar) keçirilməsi davam etdirilir.

Növbəti seminarda institutun Ekobotanika və sistematika şöbəsinin elmi işçisi, eyni zamanda Türkiyənin Orta Doğu Teknik Universitetinin doktorantı Tural Cavadzadə “Bitkilərdə DNT barkodları” mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi bitkilərdə DNT barkodları, bitki nüvə və xloroplast DNT-lərində yerləşən bəzi kodlaşdırılmayan genlərin (trnL intron, trnL-trnF intergenic spacer, ITS) sekvensi, NCBI-a nukleotid ardıcıllıqlarının əlavə edilməsi, bunların bitki sistematikasına tətbiqi barədə məlumat verib. Həmçinin MEGA 6.0 proqramında filogenetik ağacın qurulması və müasir sistematikada molekulyar filogeniyanın əhəmiyyətini xüsusi qeyd edib.

Mövzu ətrafında geniş müzakirələr aparılıb. Müzakirələrdə bu elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov və AMEA-nın müxbir üzvü İlham Şahmuradov da iştirak edib.

Tədbirdə yaxın zamanda institutun Biotexnologiya şöbəsində bu metoddan istifadə edilərək Azərbaycandan toplanılan bitkilərin molekulyar filogenetik tədqiqinin aparılacağı diqqətə çatdırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: