Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İkicildlik “Şəxs adlarının ensiklopedik lüğəti” kitabı nəşr olunub
02.11.2016 14:39
  • A-
  • A
  • A+

İkicildlik “Şəxs adlarının ensiklopedik lüğəti” kitabı nəşr olunub

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi Aydın Abi Aydının ikicildlik “Şəxs adlarının ensiklopedik lüğəti” adlı kitabı nəşr olunub. Lüğətdə Azərbaycan, türk, ərəb və fars dillərində olan şəxs adları və onların izahları verilib.

Müəllif tərəfindən ilk dəfə bu cür əhatəli və geniş şəkildə lüğət ictimaiyyətə təqdim edilib. Kitabda müqəddimə və istifadə olunmuş mənbələr də yer alıb. Müqəddimədə türk şəxs adlarının yaranma tarixi və bir neçə mərhələsi göstərilib.

Kitabda müxtəlif türk xalqlarına başqa dillərin təsiri, türk şəxs adlarının geniş yayıldığı ərazilər, türk xalqlarında insanlara adların qoyulması şəraiti və səbəbləri haqqında məlumat verilib, həmçinin adların mənaları, mənşəyi, düzgün və təhrif olunmuş forması da qeyd edilib.

Lüğətdə Anadolu, Orta Asiya və başqa türklərin adları səsləndiyi şəkildə verilib. Bütün türk xalqlarında işlənən eyni adlar isə əsasən, Azərbaycan dilində qeyd edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: