Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə 28 yanvar - 4 fevral 2017-ci il tarixlərində Türkiyənin Antalya şəhərinə ezam ediləcək.
Səfərdə məqsəd UNEP, UNESCO, FAO və UNDP-in himayəsi altında yaradılmış Avropa və Mərkəzi Asiya üçün Biomüxtəliflik və Ekosistem üzrə Hökumətlərarası Elmi-Siyasi Platforma tərəfindən regional qiymətləndirmə çərçivəsində keçiriləcək sənədləşmə işlərinin aparılması üzrə növbəti işçi toplantısında aparıcı ekspert kimi iştirak etməkdir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.