Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

“SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək
30.01.2017 10:47
  • A-
  • A
  • A+

“SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək

5-8 iyul 2017-ci il tarixlərində Belarusun Minsk şəhərində “SEAB-2017. Avrasiyada biomüxtəliflik” mövzusunda beynəlxalq simpozium keçiriləcək.

Beynəlxalq tədbir AMEA-nın Dendrologiya İnstitutu, Türkiyənin Pamukkale Universiteti, Belarus Dövlət Universiteti, Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan Bitki Biologiya və Biotexnologiya İnstitutu, Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyinin Elm Komitəsi və Rusiya Dövlət Aqrar Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

Qeyd edək ki, “SEAB-2015. Avrasiyada biomüxtəliflik” mövzusunda I Beynəlxalq simpoziumun keçirilməsi təşəbbüsü AMEA-nın Dendrologiya İnstitutu tərəfindən irəli sürülüb və ilk dəfə 1-5 iyun 2015-ci il tarixlərdə Bakıda baş tutub. Beynəlxalq tədbir 2016-cı ildə isə Türkiyənin Pamukkale Universitetində təşkil olunub. Simpoziumun növbəti illərdə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi və Rusiya Dövlət Aqrar Universitetində keçirilməsi nəzərdə tutulur.

Əsas məqsəd Avrasiyada elm adamlarının, ekoloqların, vətəndaş cəmiyyəti qruplarının, yerli və xarici cəmiyyət icmalarının bir araya gələrək fikir mübadiləsi, müzakirələr aparmasına şərait yaratmaqdır. Simpozumda Avrasiyada biomüxtəlifliyin mövcud vəziyyəti, platforma şəklində zəngin biomüxtəlifliyin qorunması mövzuları əsas müzakirə obyekti olacaq.

Tədbirdə 100-dən artıq alim və mütəxəssis təqdimatla çıxış edəcək. Seçilmiş mövzular impakt faktorlu IJSM jurnalında “Avrasiyada biomüxtəliflik” simpoziumu adı altında dərc olunacaq. Simpozium çərçivəsində muzeylərə, dendroloji parklara səyahətlərin təşkili də nəzərdə tutulur.

“SEAB–2017.Avrasiyada biomüxtəliflik” simpoziumun həmsədrləri - AMEA-nın müxbir üzvü, prof. Tofiq Sadiq oğlu Məmmədov (Dendrologiya İnstitutu, Azərbaycan), Ramazan Məmmədov (Pamukkale Universiteti,Türkiyə), Boladxan Zayadxan ( Al-Farabi Qazaxıstan Milli Universiteti, Qazaxıstan), Yelena Kalaşnikova (Rusiya Dövlət Aqrar Universiteti, Rusiya) və İqor Semakdır (Belarus Dövlət Universiteti, Belarus).

Tədbir  haqqında ətraflı məlumat əldə etmək üçün seab2017.com  saytına müraciət etmək olar.

Tezislərin son qəbul tarixi 14 aprel 2017-cı il tarixinədəkdir.

Telefon: (+994 12) 454 10 50, (+994 51) 329 01 00

E-mail: t.arazli@dendrary.science.az

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: