Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

AMEA-nın müxbir üzvü Nizami Cəfərov: "Azərbaycan dilinin orfoqrafiya lüğətinin təkmilləşdirilməsinə ehtiyac vardır"
07.03.2017 10:32
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Nizami Cəfərov: "Azərbaycan dilinin orfoqrafiya lüğətinin təkmilləşdirilməsinə ehtiyac vardır"

Martın 6-da AMEA Rəyasət Heyətinin iclasında humanitar elmlər üzrə tədqiqatların vəziyyəti və inkişaf perspektivlərinə dair müzakirələr aparılıb. İclasda çıxış edən Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov Azərbaycan dilçiliyinin müasir dövrdəki problemlərinə toxunub, onların həlli yollarına dair təkliflərini səsləndirib.

O, xüsusən də orta məktəb dərsliklərinin vəziyyətindən söz açıb. Dərsliklərdə yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyini vurğulayıb.

Alim Azərbaycan dilinin orfoqrafiya lüğəti ilə bağlı məsələyə də münasibətini bildirib. N.Cəfərov dərslik və tədris vəsaitlərinin hazırlanmasında, kino, efir və s. mətnlərinin tərtibində, həmçinin hər bir fəaliyyət sahəsində istinad və istifadə edilən lüğətin  təkmilləşdirilməsinin əhəmiyyətini qeyd edib.

O, həmçinin AMEA-nın Humanitar Elmlər Bölməsinin əldə etdiyi mühüm nəticələrin dünya elminə inteqrasiyası, burada elmi tədqiqatların dərinləşdirilməsi və yüksəkixtisaslı kadrların hazırlanması ilə bağlı tövsiyyələrini də səsləndirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: