www.science.az
07.04.2017 12:22

“Milli Azərbaycan Tarixi Muzeyi: Tarix, elm və mədəniyyət” (məqalə və məruzələr toplusu) çapdan çıxıb

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Nərgiz Əliyevanın “Milli Azərbaycan Tarixi Muzeyi: Tarix, elm və mədəniyyət” (məqalə və məruzələr toplusu) “Elm və Təhsil” nəşriyyatında çapdan  çıxıb.

Kitabı tərtib edən  və ön sözün müəllifi AMEA-nın Elm Tarixi İnstitutunun elmi işlər üzrə direktor müavini, ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.

Yeni nəşrdə muzeyin formalaşmasında müstəsna rol oynamış alimlərin elmi fəaliyyətləri,  bu müəssisədə elmi-tədqiqat işlərinin təşkilinin vəziyyəti və digər araşdırmalar yer alıb. Kitabda, həmçinin Azərbaycanın elm, mədəniyyət və tarixini əks etdirən eksponatlarla bağlı məlumatlar da öz əksini tapıb.  

Qeyd edək ki, toplanan elmi məqalələr Nərgiz Əliyevanın uzun illər muzeydə apardığı elm-tədqiqat işlərinin nəticəsi olaraq geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.