Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Zoologiya İnstitutunun əməkdaşları Göyçay rayonundakı nar bağlarında müşahidələr aparıb
05.06.2017 15:13
  • A-
  • A
  • A+

Zoologiya İnstitutunun əməkdaşları Göyçay rayonundakı nar bağlarında müşahidələr aparıb

AMEA-nın Zoologiya İnstitutunun Tətbiqi Zoologiya Mərkəzinin bir qrup əməkdaşı Göyçayda ekspedisiyada olublar.

Ekspedisiya müddətində rayon ərazisində fəaliyyət göstərən “AzNar” şirkətinin müxtəlif yaşlarda olan nar bağlarında müşahidələr aparılıb və uyğun stasionar sahələr seçilib.

Tədqiqatlar zamanı ərazidəki ot bitkilərindən, eləcə də göbələk və virus xəstəlikləri qeydə alınan nar kollarının oduncaqlarından nümunələr götürülüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: