www.science.az
06.10.2017 12:00

I Dünya müharibəsi ərzində və ondan sonrakı bir neçə ildə Urmuda baş vermiş fəlakətdən bəhs edən yeni nəşr

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən “Urmu dünyanı yandıran müharibədə” kitabı nəşr olunub. Kitabda I Dünya müharibəsi ərzində və ondan sonrakı bir neçə ildə Urmuda baş vermiş fəlakətdən söhbət açılır.

Əsər giriş, 4 fəsil və epiloqdan ibarədir. 1-ci fəsildə 1918-ci ilin fevral-avqust aylarında Nəsranilərin gəlişindən bəhs edilir. 2-ci fəsil 1918-ci ilin may ayından 1919-cu ilin may ayına qədər baş verən hadisələri əhatə edir. Bundan sonrakı dövr növbəti ilin dekabrına qədər 3-cü fəsildə təsvir edilir. Burada əsasən daxili nifaqdan bəhs edilir. Sonuncu fəsildə isə 1921-ci ilin aprelindən 1922-ci ilin yanvarına qədər dövrdə baş verən hadisələr işıqlandırılır, İsmayıl ağanın üsyanından söz açılır.

Kitabı fars dilindən Şərqşünaslıq İnstitutunun elmi işçisi Şəmsi Əhmədov tərcümə edib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.