Bu günlərdə Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası Rəyasət Heyətinin BMT-nin İctimai İnformasiya Departamenti ilə birgə keçirdiyi iclasda AMEA akad. Abdulla Qarayev adına Fiziologiya İnstitutunun Ekotoksikologiya laboratoriyasının müdiri, b.ü.f.d. Qriqori Palatnikov həmin Akademiyanın həqiqi üzvü seçilib.
40 ildən artıqdir Fiziologiya İnstitutunda çalışan Q.Palatnikovun elmi fəaliyyətinin əsas istiqamətini ətraf mühitin mühafizəsi, o cümlədən neftlə çirklənmənin balıqların mərkəzi sinir sisteminə və davranışına təsirinin tədqiqi təşkil edir.
Qeyd edək ki, Beynəlxalq Ekologiya və Həyat Fəaliyyətinin Təhlükəsizliyi Elmlər Akademiyası 1995-ci ildə ətraf mühitin ekologiyası və onun qorunması sahəsində mövcud olan problemlərin həlli ilə məşğul olan alim və mütəxəssislərin fəaliyyətini əlaqələndirmək məqsədilə yaradılıb. Jores Alferov, Aleksandr Soljenitsın (Nobel mükafatı laureatları), Valentina Tereşkova, Mixail Piotrovskiy kimi dünyaca tanınmış alimlər bu Akademiyanın fəxri üzvləridir.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.