Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

19.10.2018 09:33
  • A-
  • A
  • A+

Akademik Mahmud Kərimovun xatirəsi anılıb

Akademik Mahmud Kərimovun xatirəsi anılıb

AMEA-nın həqiqi və müxbir üzvləri, Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin elmi-tədqiqat institutlarının əməkdaşları Fəxri xiyabanda AMEA-nın sabiq prezidenti, akademik Mahmud Kərimovun anadan olmasının 70 illiyi münasibətilə alimin məzarını ziyarət edib, qəbirüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, akademik Mahmud Kərimov 1973-cü ildə Azərbaycan EA Fizika İnstitutunda mühəndis kimi elmi fəaliyyətə başlayıb. 1974-1984-cü illərdə Radiasiya Tədqiqatları Sektorunda kiçik elmi işçidən laboratoriya rəhbəri vəzifəsinədək yüksəlib və 2001-ci ildə həmin sektorun direktoru olub.

2001-ci ildə AMEA-nın prezidenti seçilmiş Mahmud Kərimov ömrünün sonunadək bu vəzifədə çalışıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: