Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Akademik Qərib Məmmədov BDU-da məruzə ilə çıxış edib
12.11.2018 12:25
  • A-
  • A
  • A+

Akademik Qərib Məmmədov BDU-da məruzə ilə çıxış edib

AMEA-nın müşaviri, akademik Qərib Məmmədov Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsinin müəllim və tələbə heyəti qarşısında “Coğrafi İnformasiya Sistemləri (CİS) əsasında İnteraktiv elektron torpaq və torpaqların ekoloji qiymətləndirmə xəritələrinin tərtibi” mövzusunda məruzə ilə çıxış edib.

Akademik məruzəsində Coğrafi İnformasiya Sistemləri, Azərbaycan ərazisinin rəqəmsal yüksəklik modeli, aero və kosmik materiallar əsasında elektron torpaq xəritəsinin tərtibinin əsas xüsusiyyətləri, habelə prinsipləri barədə məlumat verib. Bundan əlavə, İnteraktiv torpaq xəritələrinin, CİS əsasında torpaq və ekoloji qiymətləndirmə xəritəsinin və qeyd olunan mövzu ilə əlaqədar metodik göstərişin hazırlanmasından danışıb.

Alim, həmçinin ilk dəfə olaraq hazırlanmış 1:600000 miqyasında İnteraktiv elektron torpaq və ekoloji qiymətləndirmə xəritələrini nümayiş etdirib.

Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb.

Sonra fakültənin dekanı, professor Nazim Şəmilov və Coğrafi ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı çıxış edərək Q.Məmmədovun bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: