Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  ANONSLAR

Tanınmış sənətşünas alim Rasim Əfəndiyevin 90 illiyinə həsr olunan elmi sessiya keçiriləcək
25.12.2018 16:10
  • A-
  • A
  • A+

Tanınmış sənətşünas alim Rasim Əfəndiyevin 90 illiyinə həsr olunan elmi sessiya keçiriləcək

Dekabrın 26-da saat 11:00-da AMEA Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Azərbaycan sənətşünaslıq elminə layiqli töhfələr vermiş görkəmli tədqiqatçı-alim, akademik Rasim Əfəndiyevin 90 illiyinə həsr edilmiş elmi sessiya keçiriləcək.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutacaq tədbirdə “Akademik Rasim Əfəndiyev: alim və elm təşkilatçısı”, “İncəsənət tarixçisi Rasim Əfəndiyev” mövzularında məruzələr dinləniləcək.

Ünvan: Bakı şəh, Hüseyn Cavid prospekti 115, IV mərtəbə

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: