Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

17.01.2019 13:26
  • A-
  • A
  • A+

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan anım tədbiri keçirilib.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri institutun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ ordusunun qanunsuz olaraq Bakı şəhərinə yeridildiyini deyib. Bildirib ki, müstəqillik istəyən xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərbi maşınının gücünü nümayiş etdirmək məqsədilə Azərbaycan xalqına qarşı hərbi cinayət törədilib.

M.Babanlı hadisələr zamanı 146 nəfərin xüsusi qəddarlıqla öldürüldüyünü, 744 nəfərin yaralandığını və 841 nəfərin qanunsuz həbs olunduğunu vurğulayıb. O, faciə zamanı AMEA-nın Polimer Materialları İnstitutunun üç, Riyaziyyat və Mexanika İnstitutunun isə bir əməkdaşının şəhid olduğunu diqqətə çatdırıb.

Alim qanlı hadisəyə ilk siyasi münasibəti ümummilli lider Heydər Əliyevin bildirdiyini, ulu öndərin 21 yanvar 1990-cı ildə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda faciəni törədən şəxsləri kəskin şəkildə tənqid etdiyini bildirib.

Sonra professor Arif Əfəndiyev, k.ü.f.d. Süleyman Verdiyev, b.e.i. Məhyəddin Hacıyev və digərləri çıxış edərək müstəqillik yolunda canlarını qurban vermiş şəhidlərimizin daim qəlblərdə yaşayacağını deyib.

Sonda qanlı 20 Yanvar hadisələrini əks etdirən video-slayd nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: