Veb-sayt | www.tarixinstitutu.az | |
Ünvan | AZ1073, Bakı şəhəri, H.Cavid pr., 115 | |
Tel. | (+994 12) 5393615 | |
Faks | (+994 12) 5102163 | |
Elektron poçtu | ||
Baş direktor |
Tarix üzrə elmlər doktoru, professor |
|
İcraçı direktor |
Tarix üzrə fəlsəfə doktoru Xidməti tel.: (+994 12) 5393615 Mobil tel.: (+994 55) 8997664 E-poçt: ilg4352@yandex.ru |
|
Direktor müavini | ||
Elmi katib | ||
Yaranma tarixi |
1935-ci il |
|
Əsas fəaliyyət istiqamətləri | Tarix İnstitutunun əsas fəaliyyət istiqaməti: «Azərbaycan tarixinin ümumi konsepsiyası»dır. Həmin istiqamət «Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar», «Tarixşünaslıq və mənbəşünaslıq», «Azərbaycanın siyasi tarixi», «Azərbaycanın sosial iqtisadi tarixi» adlı 4 problemi və 26 mövzunu əhatə edir. | |
Əsas elmi nəticələr | AMEA Tarix İnstitutunun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin diqqət mərkəzindədir. İnstitut tərəfindən nəşr edilən fundamental elmi əsərlər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev tərəfindən 2011-ci il 26 aprel tarixdə AMEA-nın illik yığıncağında onun çağırışına cavab kimi yüksək qiymətləndirilmişdir. AMEA Tarix İnstitutu alimlərinin fədakar əməyini xüsusi olaraq qeyd edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, həm də Azərbaycan tarixinə dair tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması sahəsində onların gördükləri işlərə böyük qiymət vermişdir. Tarix İnstitutunun 2013-cü ilə dair elmi-tədqiqat fəaliyyətinin əsasını Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında 2012-ci il 26 aprel tarixdə imzaladığı sərəncam təşkil etmişdir. Tarix İnstitutunda aparılan elmi-tədqiqat işləri ölkə Prezidenti İlham Əliyevin göstərişləri, çağırış və tövsiyələri əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinin qeyd edilməsi ilə bağlı 21 yanvar 2013 il tarixli sərəncamı ilə bağlı Tarix İnstitutu Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş iki cildlik «Heydər Əliyev: Azərbaycan elminin keşiyində» adlı sənədlər toplusunu qısa müddət ərzində çapa hazırlamış və nəşr etdirmişdir. Bu işin davamı olaraq Tarix İnstitutu Ümummilli liderin həyat və fəaliyyətinə həsr edilmiş iki cildlik «Heydər Əliyev» fundamental monoqrafiyasının elmi redaktəsini başa çatdıraraq çapa təqdim etmiş və əsər 2013-cü ildə nəşr olunmuşdur. 2013-cü il dekabr ayının 7-də Tarix İnstitutunun nəşr etdiyi II cildlik «Heydər Əliyev» monoqrafiyasının və II cildlik «Heydər Əliyev: Azərbaycan elminin keşiyində» sənədlər toplusunun Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Kitabxanasında təqdimatı keçirilmişdir. Təqdimat mərasimini giriş gözü ilə kitabxananın direktoru Mail Əhmədov açdı. Nəşr olunmuş əsərlər haqqında geniş məruzə ilə AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış etdi. Təqdimat mərasimdə Milli Məclis üzvləri, dəvət olunmuş qonaqlar və institut əməkdaşları iştirak etdilər. 2013-cü il aprelin 17-də Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində AMEA–nın müxbir üzvü Yaqub Mahmudovun "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının Ukrayna dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iştirak ediblər. Kitabın müəllifi AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbirdə “Heydər Əliyev yeni Azərbaycanın qurucusu” adlı məruzə ilə çıxış etmişdir. Bu nəşrlərdən əlavə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudovun iştirakı ilə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Dahi Azərbaycanlı” adlı sənədli filim çəkilmişdir. Filmin senari müəllifli və aparıcısı Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudovdur. Bundan əlavə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudov, elmi işlər üzrə direktor müavini, t.ü.f.d. C.Ə.Bəhramov, «Əliyevşünaslıq» şöbəsini rəhbəri, t.ü.e.d. Ə.Q.Qasımov, respublikanın müxtəlif dövlət təşkilatlarının Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı keçirilən elmi praktik konfranslarda iştirak etmişlər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü ilin Azərbaycanda «İnformasiya kommunikasiya texnologiyaları ili» elan edilməsi haqqında sərəncamının icrası ilə əlaqədar olaraq AMEA Tarix İnstitutunun portalı yeni məlumatlarla mütəmadi olaraq zənginləşdirilir. 2013-cü ilin yanvar ayında Azərbaycan Respublikası Qubadlı rayon İcra Hakimiyyətinin müraciətinə cavab olaraq Tarix İnstitutu rayonun Ermənistan tərəfindən işğalının 20 illiyi ilə bağlı «Qubadlı: qədim Azərbaycan torpağı Zəngəzurun qapısı» (424 səh.) adlı monoqrafiyanı və həmin monoqrafiyanın ümumi məzmununu əks etdirən rus (125 səh.) və ingilis (120 səh.) dillərində nüsxələrini nəşr etdirmişdir. Monoqrafiyanın müəllifi olan İnstitut əməkdaşları 2013-cü il avqust ayının 30-da bu məqsədlə keçirilən ümumrespublika elmi-praktik konfransında iştirak etmişlər. Hesabat ilində İnstitut əməkdaşları «Azərbaycan tarixinin ümumi konsep¬siyası» əsas elmi istiqamət üzrə tədqiqat işi aparmışlar. Həmin istiqamət «Azərbaycan tarixi üzrə ümumiləşdirici tədqiqatlar», «Tarixşünaslıq və mənbəşünaslıq», «Azərbaycanın siyasi tarixi», «Azərbaycanın sosial iqtisadi tarixi» 4 problemi və 26 mövzunu əhatə edir. Bütün mövzular keçicidirlər. 26 mövzudan 15 başa çatdırılmışdır. Başa çatdırılan mövzular kitab halında çap olunmaq üçün nəşriyyata təqdim olunmuş, bəziləri nəşr olunmuşdur. Mühüm uğurlar hesab edilən kitablar: 1. Y.M.Mahmudov. «Переможнийхıв iдей Гейдара Алиева». Киев, 2013. 2. Y.M.Mahmudov və kollektiv. «Heydər Əliyev». c. I-II. Bakı, 2013. 3. Y.M.Mahmudov və kollektiv. «Qubadlı: Azərbaycan torpağı Zəngəzurun qapısı». Bakı, 2013. (Azərbaycan, rus, ingilis dillərində). 4. Heydər Əliyev Azərbaycan elminin keşiyində. Sənədlər və materiallar toplusu. 2 cilddə. I-II c. /Layihənin rəhbəri, elmi redaktoru və ön sözün müəllifi: Yaqub Mahmudov. Bakı: Turxan NPB, 2013. 5. «Dahi Azərbaycanlı» sənədli televiziya filmi. Filmin rəhbəri və məslə¬hətçisi: AMEA-nın müxbir üzvü, Y.M.Mahmudov. Bakı, 2013. 6. T.H.Nəcəfli. «Azərbaycan Qaraqoyunlu və Ağqoyunlu dövlətləri» Bakı, 2012. 7. Y.H.Gözəlova. «Orta əsrlərdə Avrasiyanın ticarət əlaqələri». Bakı, 2011. 8. T.T.Mustafazadə. “Azərbaycan-Rusiya münasibətləri (XVIII əsrin ikinci yarısı-XIX əsrin əvvəllərində)». Bakı, 2013. 2013-cü ildə İnstitutda 24 adda kitab nəşr olunmuşdur. Bundan əlavə institut əməkdaşlarının nüfuzlu elmi jurnallarda 125-dən artıq məqaləsi (o cümlədən 50 qədər – xaricdə) dərc olunmuşdu. Tarix İnstitutunda Vətən tarixinin məqsədyönlü unudulmuş səhifələrinin açılması, itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü və gələcək nəsillərə çatdırılması məqsədilə dünyanın müxtəlif ölkələrində saxlanılan çoxsaylı arxiv materialların, rəsmi dövlət sənədlərin gətirilməsi Azərbaycan tarix elminin inkişafına, institutun elmi əlaqələrinin genişlənməsinə və möhkəmlənməsinə zəmin yaradır. Hesabat ilində ayrı-ayrı ölkələrin arxivlərindən Azərbaycan tarixi ilə bağlı sənədlərin gətirilməsi layihəsi davam etdirilmiş, Paris, London, Berlin, Dehli, Moskva, Sankt-Peterburq, İstanbul, Ankara, Həştərxan və Tbilisi şəhərlərinə elmi ezamiyyətlər təşkil olunmuşdur. İnstituta gətirilmiş sənədlərdən xeyli hissəsi çapa hazırlanmış və sənədlər toplusundan 24-ü kitab halında çap olunmuşdur. Martın 29-da AMEA Tarix İnstitutu Quba Rayon İcra Hakimiyyəti ilə birgə Quba şəhərində Heydər Əliyev Mərkəzində “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı” mövzusunda Beynəlxalq elmi konfrans keçirmişdir. Konfransın işində Türkiyə, Almaniya, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan və İrandan tanınmış tarixçi alimlər iştirak etmişlər. Konfransda həmçinin Azərbaycan tarixinin araşdırılmasında göstərdiyi xidmətlərinə görə prof., dr. Rudolf Kunşa (Almaniya) və dr. M.Salmasizadehə (İran) Tarix İnstitutunun Fəxri Doktoru diplomu təqdim olundu. Mayın 7-8-də Şəki Şəhər İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Şəki özü bir muzeydir” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilmişdir. Konfransda AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun rəhbərliyi altında Tarix İnstitutunun əməkdaşları elmi işlər üzrə direktor müavini t.ü.f.d. T.H.Nəcəfli, şöbə müdirləri t.ü.e.d. Ə.Q.Qasımov, Q.Ə.Hacıyev, bölmə rəhbəri t.ü.e.d. Ş.F.Fərzəliyev, t.ü.f.d. X.S.Qasımov və t.ü.f.d. İ.Z.Əliyev yaxından iştirak etmişlər. 2013-cü il may ayının 24-də A.A.Bakıxanov adına Tarix İnstitutu Bakı şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirmişdir. Türkiyə, Gürcüstan, Özbəkistanın tarixçi alimləri konfransda iştirak etmişlər. AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə ilk demokratik Respublikadır” adlı məruzə ilə çıxış edərək Respublika gününün tək Azərbaycanın deyil, bütün Şərqin qürur günü olduğunu vurğuladı və AXC-nın yaranma tarixinə nəzər saldı. 2013-cü il iyunun 15-də Suraxanı rayonu Heydər Əliyev Mərkəzində isə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Suraxanı rayon icra hakimiyyəti ilə birgə “Milli Qurtuluş Gününə həsr olunmuş elmi-praktiki konfrans və “Dahi Azərbaycanlı” sənədli televiziya filminin təqdimatını keçirmişdir. Konfransda AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Heydər Əliyev Azərbaycan xalqının Qurtuluş mübarizəsinin qalibidir” mövzusunda məruzə ilə çıxış etmişdir. 2013-cü il oktyabrın 1-3-də Tarix İnstitutu Şəki şəhərində Ortaq Türk tarixinin araşdırılması problemlərinə həsr edilmiş I Beynəlxalq elmi konfrans keçirmişdir. Konfransda Azərbaycanla yanaşı Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Rusiya (Dağıstan) alimləri yaxından iştirak etmişlər. Konfransda Ortaq türk tarixinin yazılmasına başlanılması və ilk olaraq türk şəxsiyyətləri və tarixdə türk dövlətlərinə həsr olunmuş kitabların yazılması yekdilliklə qərara alındı. 2013-cü il dekabrın 6-7-də Bakıda AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu və Azərbaycan Tarix Qurumu ictimai birliyinin təşkilatçılığı ilə “XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransın işində 8 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniyadan 80-ə yaxın alim iştirak etmişdir. Konfrans öz işini “Qafqaz XVIII-XIX əsrin hüdudlarında”, “Qafqazda Rusiya-Azərbaycan xanlıqları, Rusiya-Qacar, Rusiya-Osmanlı qarşıdurması”, “Qafqaz müharibələrinin Qafqaz ölkələri üçün nəticələri”, “XVIII-XX əsrlərdə Azərbaycanda kənd təsərrüfatı, ticarət, memarlıq, mədəniyyət” adlı dörd bölmədə davam etdirmişdir. 2013-cü il aprelin 5-də A.A.Bakıxanov adına Tarix İnstitutu ilə Türkiyə Başbakanlıq Atatürk Kültür Dil və Tarix Yüksək Qurumu Atatürk Araşdırma Mərkəzinin əməkdaşları arasında görüş keçirilmiş və hər iki qurum arasında elmi, mədəni və digər müxtəlif istiqamətli əlaqələri əhatə edən Elmi Əməkdaşlıq Protokolu imzalandı. Sənədi Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudov və Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan imzaladılar. 2013-cü il aprelin 13-20-də İtaliyanın “Sandro Teti Editore” nəşriyyat evinin rəhbəri cənab Sandro Teti ölkəmizə etdiyi səfər çərçivəsində Tarix İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Yaqub Mahmudovla görüşmüş və aparılan danışıqlar nəticəsində “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı monoqrafiyanın italyan dilinə tərcümə olunması və nəşri ilə bağlı müqavilə bağlanmışdır. 2013-cü il aprelin 17-də Ukrayna Respublikasının paytaxtı Kiyev şəhərində AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun «Heydər Əliyev ideyalarının zəfər yürüşü» kitabının Ukrayna dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev iştirak ediblər. Kitabın müəllifi AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov tədbirdə “Heydər Əliyev yeni Azərbaycanın qurucusu” adlı məruzə ilə çıxış etmişdir. 2013-cü il iyunun 5-9-da Gürcüstanın paytaxtı Tbilisi şəhərində Qafqaz Strateji Araşdırmalar Mərkəzi və ABŞ-da fəaliyyət göstərən “Qarabağ fondu”nun birgə təşkilatçılığı ilə keçirilən “Qafqaz və imperiyanın qürubu: millətçilik, etnoslar və milli quruculuq” adlı Beynəlxalq elmi konfransda Tarix İnstitutunun əməkdaşları t.ü.e.d. İradə Bağırova, t.ü.f.d. Nigar Maksvell, t.ü.f.d. Sevinc Əliyeva, t.ü.f.d. İlqar Niftəliyev, t.ü.f.d. Nigar Gözəlova və t.ü.f.d. Şamil Rəhmanzadə məruzələrlə çıxış etmişlər. İyunun 19-da Tarix İnstitutunun genişləndirilmiş Elmi Şurası keçirildi. Elmi Şurada çıxış edən AMEA-nın müxbir üzvü Yaqub Mahmudov Almaniyadan gəlmiş tarixçi qonaq t.e.d., prof. İohannas Raunu tədbir iştirakçılarına təqdim etmişdir. Azərbaycanı sevən, onun üzləşdiyi müsibətlərə biganə qalmayan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük səy göstərən İ.Rau Azərbaycan tarixinə dair “Bani: Heydər Əliyev şəxsiyyət və dövlət xadimi kimi”, “İslam və demokratiya. İlk təşəbbüs: Azərbaycan Demokratik Respublikası (1918-1920)”, “Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi” kimi qiymətli tədqiqatların müəllifidir. Elmi Şura qərara aldı ki, görkəmli alman tarixçisi İ.Raunun əsərlərinin Azərbaycan dilinə və başqa dillərə tərcümə edilərək yayılsın. Tədbirdə prof., dr. İohannes Rau iki məruzə ilə çıxış etdi. Sonda Azərbaycan tarixinin araşdırılmasında göstərdiyi xidmətlərinə görə prof. dr. İohannes Rauya Tarix İnstitutunun Fəxri Doktoru diplomu təqdim olundu. 2013-cü il oktyabrın 22-25-də Türkiyə Atatürk Araşdırma Mərkəzi, Əskişəhər Valiliyi və Əskişəhər Osmanqazi Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Əskişəhər şəhərində “Qurulmasından 90-cı ilinə Türkiyə Cümhuriyyəti” mövzusunda keçirilən Beynəlxalq simpoziuma AMEA-nın müxbir üzvü Yaqub Mahmudov başda olmaqla institutun bir qrup əməkdaşı da dəvət olunmuşdur. Simpoziumun bir bölümü ayrıca olaraq Azərbaycan-Türkiyə münasibətlərinə həsr olunmuşdur. AMEA-nın müxbir üzvü Yaqub Mahmudov “Azərbaycan tarixinin qurucu İlham dövrü” adlı maraqlı və dolğun məruzə ilə çıxış etmişdir. Simpoziumda t.ü.f.d. C.Bəhramov, t.ü.e.d. prof, T.Mustafazadə, t.ü.f.d. İ.Niftəliyev, t.ü.f.d. K.İsmayılov, t.ü.f.d. S.Əliyeva, t.ü.f.d. N.Məm¬mədzadə, t.ü.f.d. G.Nəcəfli və t.ü.f.d. İ.Məmmədova xüsusi məruzələr söyləmişlər. AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Yaqub Mahmudov Beynəlxalq Sokrat Komitəsinin daha bir mükafatına layiq görülmüşdür. 2013-cü il dekabrın 16-19-da Böyük Britaniyanın Oksford şəhərində keçirilən “Elm və təhsil. Yeni imkanlar və istiqamətlər” mövzusuna həsr olunmuş beynəlxalq elmi konfransda Tarix İnstitutunun direktoru Yaqub Mahmudov «Kraliça Viktoriya» diplomuna və medalına layiq görülmüşdür. «Kraliça Viktoriya» beynəlxalq mükafatı professor Yaqub Mahmudova milli dəyərlərin qorunması, yüksək rəşadət və dürüstlüyə görə təqdim olunmuşdur. 2014-cü ili yanvarın 27-də Tarix İnstitutunda Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinə həsr edilmiş Elmi sessiya keçirilmişdir. 2014-cü il fevralın 24-də A.A.Bakıxanov adına Tarix İnstitutunda Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilmişdir. 2014-cü il martın 27-29-da AMEA-nın müxbir üzvü Y.M.Mahmudov Azərbaycan Respublikasının Türkiyə Cümhuriyyətindəki Fövqəladə və Səlahiyyətli səfiri F.Bağırovun rəsmi dəvəti ilə Xocalı soyqırımının 22-ci ildönümünün qeyd olunması məqsədilə Türkiyənin Ankara, Qızılcahamam şəhərlərində elmi ezamiyyətdə olmuş və Xocalı faciəsinin 22-ci ildönümü münasibəti ilə keçirilən tədbirlərdə çıxış etmişdir. 2014-cü il aprelin 9-daAMEA Tarix İnstitutunda Verner fon Simens. “Qafqaz səyahətləri” kitabının təqdimat mərasimi keçirilmişdir. 2014-cü il mayın 7-də Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyi ilə bağlı Tarix İnstitutunda xüsusi anım mərasimi keçirilmişdir. 2014-cü il iyunun 6-da AMEA Tarix İnstitutu və Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Quba şəhərində “Abbasqulu Ağa Bakıxanov 220” mövzusunda Respublika elmi konfransı keçirilmişdir. 2014-cü il iyunun 19-21-də Tarix İnstitutunun təşkilatçılığı ilə “Birinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir. 2014-cü il iyulun 8-də Bakı, Suraxanı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutunun birgə təşkilatçılığı ilə görkəmli yazıçı, alim və ictimai xadim Abbasqulu Ağa Bakıxanovun 220 illiyinə həsr olunmuş konfrans keçirilmişdir. 2014-cü il sentyabrın 10-da AMEA Tarix İnstitutu Elmi Şurasının genişləndirilmiş iclasında Akademik Ramiz Mehdiyevin Moskvada rus dilində nəşr olunan "Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix"kitabının müzakirəsi və təqdimatı keçirilmişdir. 2014-cü il sentyabrın 19-da AMEA-nın Tarix institutunun genişləndirilmiş Elmi Şurasının iclasında “Əsrin müqaviləsi”nin bağlanmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. 2014-cü il sentyabrın 25-27-də Türkiyə Respublikasının Ərzurum şəhərində “Türkiyə Cumhuriyyəti Başbakanlık Atatürk Mədəniyyət, Dil ve Tarix Yüksək Qurumu Atatürk Araştırma Mərkəzi”, Erzurum Atatürk Universiteti və Erzurum Valiliyinin birgə təşkilatçılığı ilə Birinci Dünya müharibəsinə həsr edilmiş “100. Yılı Münasebetiyle I Dünya Savaşında Kafkas (Doğu) Cephesi” adlı Beynəlxalq simpozium keçirilmişdir. 2014-cü il oktyabrın 28-də Şəki rayonunun Baş Göynük kəndində AMEA Tarix İnstitutu tərəfindən institutun əməkdaşı t.ü.f.d. Ə.Məmmədovun Tarix İnstututu Elmi Şurasının qərarı ilə çap olunmuş “Göynük hərəkatı” adlı monoqrafiyasının təqdimat mərasimi keçirildi. 2014-cü il noyabrın 7-də AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir keçirmişdir. 21-23 fevral 2015 tarixində institutun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudov və institutun aparıcı elmi işçiləri t.ü.f.d. İ.M.Məmmədova və t.ü.f.d. F.F.Əhmədova “Tarihdaş Millətlər və Topluluqlar” dərnəyinin təşəbbüsü ilə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində keçirilmiş “Hacı Zeynalabdin Tağıyev və Qafqaz İslam Ordusu” mövzusunda paneldə iştirak etmiş və məruzələrlə çıxış etmişlər. 09-11 aprel 2015-ci il tarixlərində Quba şəhərində “Heydər Əliyev mərkəzi”ndə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti, A.Bakıxanov adına Tarix İnstitutu, “Türkiyə Cumhuriyəti Başbakanlık Atatürk Kültür, Dil ve Tarih Yüksek Kurumu Atatürk Araştırma Merkezi” və Quba Şəhər İcra Hakimiyyətinin birgə təşkil etdiyi “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımlar” (1914-1920-ci illər) adlı II Beynəlxalq elmi konfrans keçirilmişdir. 22 aprel 2015-ci il tarixində Heydər Əliyev Mərkəzində Azərbaycan Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix İnstitutu və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi “Azərbaycan-Türkiyə qardaşlığı: Çanaqqala – 100” adlı elmi konfrans keçirilmişdir. 2015-ci il aprelin 23-25 tarixində institutun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudov və elmi işlər üzrə direktor müavini, t.ü.f.d. C.Ə.Bəhramov İstanbul şəhərində keçirilən «Çanaqqala quru və dəniz döyüşünün 100 illiyi» mövzusunda «Sülhə çağırış» zirvə görüşündə Azərbaycan Respublikası Baş nazirin müavini Ə.Əhmədovun rəhbərlik etdiyi hökumət nümayəndə heyətinin tərkibində iştirak etmişlər. 2015-ci il mayın 21-24-də institutun direktoru, AMEA-nın müxbir üzvü Y.M.Mahmudov, “Ümumi tarix” şöbəsinin müdiri,t.ü.e.d., prof. T.T.Mustafazadə, həmin şöbənin əməkdaşları a.e.i., t.ü.f.d. İ.M.Məmmədova, t.ü.f.d. M.Qəribov, «Azər¬baycanın tarixi demoqrafiyası» şöbəsinin b.e.i., t.ü.f.d. F.Əliyeva Türkiyə Cümhuriyyətinin Çanaqqala şəhərində keçirilmiş “100-cü ilində Çanaqqala savaşları” beynəlxalq elmi konqresdə məruzələrlə çıxış etmişlər. 2015-ci il oktyabrın 13-15-də Gəncə şəhərində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutu və Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzininbirgə təşkilatçılığı ilə dünya tarixçilərinin “VIII Beynəlxalq Atatürk Konqresi” keçirilmişdir. 2015-ci il noyabrın 19-da AMEA Tarix İnstitutu Azərbaycan Respublikası Təhsil nazirliyi Qərb Universiteti ilə birlikdə “İkinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirmişdir. 2015-ci il noyabrın 26-28-də Türkiyənin İzmir şəhərində Atatürk Araşdırma Mərkəzi (ATAM) və Dokuz Eylül Universitetinin Atatürk Prinsipləri və İnqilab Tarixi İnstitutunun birgə təşkilatçılığı ilə “Türkiyə Respublikasının iqtisadi və sosial tarixi” mövzusunda beynəlxalq simpozium keçirilmişdir. 2016-cı il aprelin 7-10-da Şamaxıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti (RH), AMEA-nın Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” adlı III Beynəlxalq elmi konfrans keçirilib. 2016-cı il oktyabrın 13-də Prezident Kitabxanasında AMEA-nın Tarix İnstitutunun nəşri olan beş kitabdan ibarət “Azərbaycan Respublikasının tarixi” ikicildliyinin təqdimat mərasimi keçirilib. |
|
İşçilərinin ümumi sayı | 275 | |
Struktur bölmələri | Azərbaycanın qədim tarixi şöbəsi Azərbaycanın orta əsrlər tarixi şöbəsi Azərbaycanın yeni tarixi şöbəsi Azərbaycan Xalq Cümhuriyyətinin tarixi şöbəsi Əliyevşünaslıq şöbəsi Qarabağ tarixi şöbəsi Qafqaz tarixi şöbəsi Azərbaycan diasporu şöbəsi Azərbaycanın tarixi coğrafiyası şöbəsi Ümumi tarix şöbəsi Tərcümə və nəşriyyat işləri şöbəsi İnformasiya mərkəzi Mənbəşünaslıq və tarixşünaslıq şöbəsi Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi Azərbaycanın sovet dövrü tarixi şöbəsi Azərbaycan Respublikası tarixi şöbəsi Azərbaycan sənətkarlıq tarixi şöbəsi Azərbaycan mədəniyyəti tarixi şöbəsi Beynəlxalq münasibətlər tarixi şöbəsi Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi Azərbaycanın tarixi demoqrafiyası şöbəsi İctimaiyyətlə əlaqələr şöbəsi Təhsil şöbəsi Beynəlxalq əlaqələr şöbəsi |
|
Elmi şura - sədr - katib - üzvləri |
Əliyeva İradə Hacıəli qızı Bəhramov Cəbi Əmirvar oğlu Nəcəfli Tofiq Hümbət oğlu Axundova Nərgiz Çingiz qızı Vəlixanlı Nailə Məmmədəli qızı Bağırova İradə Səid qızı Musayeva Tamella Həşim qızı Mustafazadə Tofiq Teyyub oğlu Hacıyev Qasım Əhəd oğlu Həsənov Hacı Nuru oğlu Qasımov Ədalət Qasım oğlu Maksvell Nigar Əliağa qızı Seyidbəyli Məryəm Həsən qızı İbrahimli Fəzail Feyruz oğlu Paşayev Ataxan Əvəz oğlu Niftəliyev İlqar Vahid oğlu Şükürov Kərim Kərəm oğlu Əlibəyli Həsən Cahangir oğlu Əliyeva Sevinc İsrafil qızı Əlimirzəyev Allahverdi Nüsi oğlu Məmmədzadə Natiq Nazim oğlu Məhərrəmov Elmar Əli oğlu |
|
Gənc alimlər və mütəxəssislər şurası - sədr - katib - üzvləri |
t.ü.f.d. Rəşad Mustafa N.İ.Abışova Madrid Surxayev Aysel Kərimova İradə Səfərova Rəna Mehdiyeva Əhməd Quliyev Mübariz Ağalarov Xuraman Vəliyeva Hakim Qəmbərov Dinarə Babayeva Ruqiyyə Talıbova Yaqut Məmmədova Kamran Qədimov Vəfa Rzayeva Aygün Əzimova Günay İsayeva Günel Mehdizadə Vüsalə Əlləzova Günel Aslanlı Nigar Gözəlova Günay Talıbova Nigar Abuşova Həlimə Kazımova Rəna Baxışova Raisə Cəfərova Akif Talıbov Ülviyyə Məmmədova Sevinc Əliyeva Vasif Qafarov Aynur Məmmədova Elnarə Əliyeva Lalə Şükürova Samirə Nəcəfova Aliyə Ələsgərova Güllər Səmədova Nərminə Ağayeva Nurlan Xanbabalı Səmra Məlikli Ruhiyyə Bəylərova Zəkiyyə Həmidova Dinarə Feyzullayeva Aysel Yusifova Fərhad Süleymanov Qəmər Əliyeva Nuranə Şıxəliyeva Pərvanə Pirməmmədova Emil Baxşiyev Könül Ələsgərova Fidan Nəsirli Nuran Əhədova Arzu Musayeva Aydan Əliməmmədova Nəzakət Quliyeva Esmira Mikayılova Ayna Aslanova İradə Cəlilova Tural Əhmədov Şahanə Salahova Rüxsarə Əliyeva Rauf Qarayev Leyla Tahirova Tamara Məsimova |
|
Dissertasiya şurası - sədr - sədr müavini - elmi katib - üzvləri |
t.ü.e.d.,prof. F.F.İbrahimli t.ü.f.d. C.Ə.Bəhramov Bağırova İradə Səid qızı - t.ü.e.d. Hacıyeva Zemfira Əli qızı – t.ü.e.d
Əlibəyli Həsən Cahangir oğlu – t.ü.e.d., prof. Əmrahov Mais İsrafil oğlu - t.ü.f.d. Seyidbəyli Məryəm Həsən qızı - t.ü.e.d. Qasımov Ədalət Qasım oğlu – t.ü.e.d. Məmmədov Tofiq Məhəmməd oğlu – t.ü.e.d. Musayeva Tamilla Həşim qızı - t.ü.e.d.,prof. Mustafayev Camal Mehdi oğlu – t.ü.e.d.,prof. Mustafazadə Tofiq Teyyub oğlu - t.ü.e.d.,prof. Paşayev Ataxan Əvəz oğlu - t.ü.e.d. Paşazadə Allahşükür Hümbət oğlu – t.ü.e.d., prof. Şükürov Kərim Kərəm oğlu - t.ü.e.d.,prof. Vəlixanlı Nailə Məmmədəli qızı – AMEA-nın həqiqi üzvü Əliyeva Sevinc İsrafil qızı – t.ü.e.d. Bayramov Zabil Həsrət oğlu – t.ü.e.d., dosent |
|
Həmkarlar təşkilatı - sədr - sədr müavini - katib - büro üzvləri |
Hacı Həsənov Kamran İsmayılov Ramilə Şıxəliyeva Hacı Həsənov Kamran İsmayılov Ramilə Şıxəliyeva Elnarə Əliyeva Rəna Baxışova Bəxtiyar Həsənov Xuraman Vəliyeva Səbinə Alməmmədova |
|
Elmlər doktorları | ||
Fəlsəfə doktorları |