Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb
28.03.2019 10:47
  • A-
  • A
  • A+

İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb

AMEA Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatı və fəlsəfi fikrinin görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar sərgi təşkil olunub.

“İmaməddin Nəsimi-650” başlıqlı sərgidə “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı”, 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi”, “Azərbaycan klassik ədəbiyyatından seçmələr”, “İmaməddin Nəsimi seçilmiş əsərləri”, “Nəsimi divanının leksikası”, “Nəsimi”, “Dilin estetikası”, "Azərbaycan ədəbiyyatının qaynaqları”, “XIII-XIV əsrlər ana dilli lirik şeirimizin inkişaf yolu”, “Azərbaycan ədəbiyyatı: tarixi və problemləri”, “Evrene sığmayan ozan Nesimi” və digər bu qəbildən olan kitablar nümayiş olunur.

Sərgidə, həmçinin Nəsiminin şəxsiyyətindən, yaşadığı dövrdən, onun təbliğ etdiyi hürufilik dini-fəlsəfi təlimindən, şairin əsərlərinin dil və üslub xüsiyyətlərindən bəhs edən qəzet, jurnal və toplu materialları da ziyarətçilərin ixtiyarına verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: