AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri institutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev açaraq 1918-ci il 31 mart soyqırımının Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olduğunu söyləyib. O, soyqırım zamanı erməni quldur dəstələrinin Bakıda 20, Şamaxıda 7, Qubada isə 6 min nəfəri vəhşicəsinə qətlə yetirdiyini, eyni zamanda tarixi mədəniyyət abidələrini dağıtdığını, məscidləri yandırdığını bildirib.
Ə.Quliyev ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə mart hadisələrinin Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb.
Daha sonra soyqırıma həsr olunan video nümayiş etdirilib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.