Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Aşqarlar Kimyası İnstitutunun strukturu təkmilləşib
03.04.2019 10:01
  • A-
  • A
  • A+

Aşqarlar Kimyası İnstitutunun strukturu təkmilləşib

AMEA Aşqarlar Kimyası İnstitutunun (AKİ) Elmi şurasının növbəti iclası keçirilib.

Tədbirdə institutun direktoru, akademik Vaqif Fərzəliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə Prezidentinin 2019-cu il 17 yanvar tarixli Fərmanının akademiyanın hər bir elmi müəssisəsi kimi AKİ-nin də qarşısında yeni məqsəd və vəzifələr qoyduğunu qeyd edib. Bildirib ki, bu məsələ elmi şuranın əvvəlki iclaslarında müzakirə olunub və institutun fəaliyyətinin daha da genişləndirilməsi, tətbiqi işlərin aparılması üçün mövcud strukturun təkmilləşdirilməsi, idarəetmənin optimallaşması məqsədilə müasir tələblərə cavab verməyən şöbə və laboratoriyaların birləşdirilməsi qərara alınıb.

Tədbirdə Motor yağlarına yuyucu-dispersləşdirici aşqarlar laboratoriyasının Motor yağlarına çoxfunksiyalı aşqarlar laboratoriyasına birləşdirilməsi və Aşqarların texnologiyası laboratoriyasının ləğv edilərək Kadr potensialının aşqarların sintezi və təsir mexanizminin nəzəri əsasları, patent tədqiqatları və aşqarlar kimyası sahəsində elmi işlərin proqnozlaşdırılması laboratoriyasında yerləşdirilməsini nəzərdə tutan yeni struktur təsdiq olunub.

İclasda institutun doktorantları İradə Rzayeva, Həyat Əliyeva və Rəhimə Məmmədovanın attestasiyası məsələsi nəzərdən keçirilib, onların ötən birillik fəaliyyəti qənaətbəxş hesab olunub.

Elmi şura institutun direktoru, akademik Vaqif Fərzəliyevin 80 illik yubileyinin keçirilməsi haqqında da qərar qəbul edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: