Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2024 13:35
  • A-
  • A
  • A+

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib

“Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Həmkarlar Təşkilatının hesabat-seçki iclası keçirilib. İclasda AMEA Azad Həmkarlar İttifaqının (AHİ) sədr müavini Şəhla Əmirova və institut əməkdaşları iştirak ediblər.

İclasa sədrlik edən Xumarxanım Yüzbaşova tədbirin gündəliyini elan etdikdən sonra Həmkarlar Təşkilatının sədri Böyükağa İbrahimov 7 illik fəaliyyətinin hesabatını verib və qənaətbəxş hesab olunub.

Sonra Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Pakizə Adıgözəlova 2017-2024-cü illər üzrə maliyyə fəaliyyəti haqqında hesabat verib. Səsvermə ilə hesabat qənaətbəxş hesab edilib.

Daha sonra Həmkarlar Təşkilatının sədri və komitə üzvləri yenidən açıq səsvermə yolu ilə yekdilliklə seçiliblər. Böyükağa İbrahimov institut kollektivi tərəfindən yenidən Həmkarlar Təşkilatına sədr seçilib. Daha sonra Pakizə Adıgözəlova və Ülkər Koroğluyeva (Nəzarət-Təftiş Komissiyasının üzvü) açıq səsvermə yolu ilə Həmkarlar Təşkilatına üzv seçiliblər.

Çıxış edənlərdən İltifat Əlyarlı yeni seçilən HT-nın sədrinə və komitə üzvlərinə öz işlərində müvəffəqiyyətlər arzulayıb. Böyükağa İbrahimov çıxışçılara və iştirakçılara öz təşəkkürünü bildirib.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova Akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.

AMEA AHİ-nin qurultayına akademik Tofiq Nağıyev və HT-nın sədri Böyükağa İbrahimov nümayəndə seçilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: