SOCAR-ın Qaz İxrac İdarəsinin Baş direktor müavini Sərxan Babaşovun rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Yüksək Texnologiyalar Parkında (YT Park) olub.
YT Parkın Strateji Elmi Analitik Sınaq Mərkəzində (SEASM) qonaqlara laboratoriya avadanlıqları, mərkəzin imkanları və göstərilən xidmətlər barədə məlumat verilib. SEASM-ın maddi-texniki bazası, eləcə də beynəlxalq akkreditasiyadan keçməsi qonaqlar tərəfindən yüksək qiymətləndirilib.
Nümayəndə heyəti, həmçinin YT Parkın rezidentləri - “Millers Oils Azerbaijan” MMC-nin və “AMEA Təcrübə-Sənaye Zavodu”nun istehsal sahələri ilə tanış olublar.
Sonda iki qurum arasında ortaq istiqamətlərdə əməkdaşlığın təşkilinə dair fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.