AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova muzey işi sahəsində səmərəli fəaliyyətlərinə görə AR Mədəniyyət Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif olunublar.
Mükafat alimlərə Mədəniyyət naziri Əbülfəs Qarayev tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyinin yeni korpusunun açılış mərasimində təqdim edilib. Ə.Qarayev akademik Nailə Vəlixanlı və professor Maisə Rəhimovanın Azərbaycanın maddi-mədəniyyət nümunələrinin toplanması və muzeyləşməsi istiqamətində mühüm işlər gördüklərini söyləyib.
N.Vəlixanlı və M.Rəhimova isə öz növbəsində dövlət tərəfindən mədəniyyət və incəsənət sahəsinə göstərilən diqqət və qayğıdan söz açıb, mükafata görə minnətdarlıqlarını bildiriblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.