AMEA-nın akad. Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik İnstitutunu ziyarət edib.
Tərəvəzçilik İnstitutunun direktoru Elmar Allahverdiyevlə görüşdə müəssisənin qarşısında duran vəzifələrdən danışılıb.
Sonra V.Abbasov çıxış edərək birgə əlaqələrin perspektivlərindən söhbət açıb, əməkdaşlığın fayda verəcəyini söyləyib.
Müzakirələrdən sonra iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.