Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Şərq filologiyası məsələləri” məqalələr toplusunun VII buraxılışı işıq üzü görüb
04.11.2013 00:00
  • A-
  • A
  • A+

“Şərq filologiyası məsələləri” məqalələr toplusunun VII buraxılışı işıq üzü görüb

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən nəşr olunan “Şərq filologiyası məsələləri” məqalələr toplusunun VII buraxılışı işıq üzü görüb.

 

Toplunun “Ərəb filologiyası” bölməsində “Sirələrin coğrafi arealı və tarixi fonu”, “Ərəb ədəbiyyatında roman janrının yaranması və XX əsrin birinci yarısındakı Misirdə roman yazarları”, “Professor A.İmanquliyevanın ərəb məhcər ədəbiyyatına dair elmi araşdırmaları”, “Fars filologiyası” bölməsində “Nizami “Xəmsə”sində səs semantikalı feillərin üslubi özəllikləri”, “Fars dilində “S” əsaslı omofonlar”, “Səməd Behrənginin nağıl dünyası”, “Şəhriyarın farsca divanında frazeoloji birləşmələr”, “Türk filologiyası” bölməsində “Ən qədim xalq bayramı – Novruz”, “İskəndər Palanın tarixi romanları”, “Cavid romantizmində sufizm” kimi 30-a yaxın məqalə təqdim edilir.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: