Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Həyat Elmləri və Biotibb Jurnalı”nın yeni sayı nəşr olunub
20.07.2026 11:00
  • A-
  • A
  • A+

“Həyat Elmləri və Biotibb Jurnalı”nın yeni sayı nəşr olunub

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəsmi elmi nəşri olan “Journal of Life Sciences and Biomedicine” jurnalının 2026-cı il üzrə 8(81)-ci cildinin 1-ci nömrəsi çap və elektron formatda nəşr olunub.

Jurnalın yeni nömrəsi açıq giriş (Open Access) prinsipi əsasında rəsmi internet səhifəsində yerləşdirilib.

Nəşrin bu sayında biologiya və biotibb elmlərinin müxtəlif istiqamətləri üzrə aparılmış aktual elmi tədqiqatların nəticələrini əks etdirən 10 elmi məqalə dərc olunub. Məqalələr fundamental və tətbiqi tədqiqatların nəticələrini əhatə etməklə müasir biologiya və biotibb elmlərinin aktual problemlərinə həsr olunub.

“Həyat Elmləri və Biotibb Jurnalı” beynəlxalq elmi nəşr standartlarına uyğun olaraq fəaliyyət göstərir və biologiya, tibb və əlaqəli elm sahələrində əldə olunan yeni elmi nəticələrin geniş elmi ictimaiyyətə çatdırılmasına xidmət edir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: