Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib
17.07.2026 14:30
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında növbəti nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində “Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında regional və qlobal çağırışları təhlil edib” başlıqlı icmal yer alıb.

Nəşrin növbəti səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Çin Xalq Respublikasına səfəri çərçivəsində iştirak etdiyi tədbirlərə dair yazılar təqdim olunub.

Bu sayda AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyevin “Türk dövlətlərinin rəqəmsal resurslarının vahid platformada inteqrasiyası zərurətə çevrilib” sərlövhəli açıqlaması, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynovanın “1969-cu il 14 iyul Azərbaycanın elm və təhsil tarixində strateji inkişaf mərhələsinin başlanğıcıdır” başlıqlı yazısı, Akademiyada elmin populyarlaşdırılması işinin təşkili və qarşıda duran vəzifələr barədə müşavirə və İstanbul Universitetinin professorları ilə Şərqşünaslıq İnstitutunda görüşlə bağlı informasiyalar yer alıb.

Bundan əlavə, nəşrdə “Oljas Süleymenovun “Yazının dili” linqvotarixi əsəri fərdi baxış kontekstində” və “Müstəqil Azərbaycan dövləti və milli diplomatiya tarixinə böyük töhfə” başlıqlı məqalələr, həmçinin Akademiyanın ictimai həyatını əks etdirən analitik materiallar və yeni nəşrlərlə bağlı xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Çin Xalq Respublikasına səfəri ilə bağlı yazılar, eləcə də Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: