Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib
24.07.2026 12:16
  • A-
  • A
  • A+

“Elm” qəzetinin növbəti nömrəsi çap edilib

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin iyul ayında sonuncu nömrəsi çapdan çıxıb.

Qəzetin ön səhifəsində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya rəsmi səfəri ilə bağlı icmal yer alıb.

Nəşrin səhifələrində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Azərbaycanın müasir inkişaf konsepsiyasının təməl mərhələsi” adlı lektoriya, Azərbaycan milli mətbuatının yaranmasının 151-ci ildönümünə həsr olunmuş tədbir və Numizmatika Muzeyinin açılış mərasimi və pakistanlı alimlərlə görüşə dair yazılar təqdim olunub.

Bu sayda AMEA və AYB-nin birgə təşkilatçılığı ilə Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan elmi konfrans və Mərkəzi Elmi Kitabxanada Azərbaycan milli mətbuatının yaranmasının 151 illiyi münasibətilə “Milli mətbuat dövlətçilik və milli dəyərlərin keşikçisi” adlı tədbirlə bağlı informasiyalar, həmçinin qəzetin “Beynəlxalq elmi əməkdaşlıq” və “Yeni nəşrlər” rubrikası altında yazılar yer alıb.

Bundan əlavə, nəşrdə “Milli Mətbuat Günü: sözə sədaqət, elmə xidmət”, “Elmə həsr olunmuş ömür yolu”, “İlandağ daş salnaməsinin sirri açılır” və “Torpaq konsepti” başlıqlı məqalələr, eləcə də Akademiyanın ictimai həyatını əks etdirən xəbərlər təqdim olunub.

Qəzetin rus və ingilis dili bölmələrində «Проблема национальной идеологии: историко-философский взгляд» (“Milli ideologiya problemi: tarixi-fəlsəfi baxış”) və «Её величество — археология» (“Əlahəzrət arxeologiya”) adlı məqalələr, həmçinin Akademiyada ötən həftə keçirilən mühüm tədbirləri əks etdirən icmal və xəbərlər dərc edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: