Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

28.06.2019 10:28
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlər Rusiyada beynəlxalq konqresdə iştirak ediblər

Azərbaycanlı alimlər Rusiyada beynəlxalq konqresdə iştirak ediblər

Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində akademik V.V.Bartoldun 150 və Sankt-Peterburq Universitet Kitabxanasının Şərq kolleksiyasının 200 illiyinə həsr olunan Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı üzrə XXX beynəlxalq elmi konqres keçirilib.

Konqres Sankt-Peterburq Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin təşkilatçılığı ilə baş tutub.

ABŞ, Türkiyə, Yaponiya, Gürcüstan, İtaliya, İngiltərə, Çin və digər ölkələrdən alimlərin qatıldığı tədbirdə ölkəmizi AMEA Rəyasət Heyəti aparatının əməkdaşları, eləcə də Arxeologiya və Etnoqrafiya, DilçilikŞərqşünaslıq institutlarının nümayəndələri təmsil ediblər.

Konqresin açılış mərasimində Sankt-Peterburq Dövlət Universitetinin Yaxın Şərq tarixi bölümünün rəhbəri, professor Nikolay Dyakov, Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, akademik Mixail Piatrovski və digərləri çıxış edərək şərqşünaslıq sahəsinin əhəmiyyətindən, aktual problemlərindən, müasir vəziyyətindən bəhs ediblər.

Tədbirin bölmə iclaslarında Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu “Azərbaycan türkcəsinin zənginləşməsində orta əsr mənbələrinin yeri”, Təhsil şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Qətibə Quliyeva “Qədim uyğur hüquq sənədləri kontekstində rəsmi-işgüzarlıq üslubunun formalaşması” və böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudova “Molla Nəsrəddin” jurnalında Osmanlı İstanbulunun sosial və mədəni həyatı” mövzusunda məruzə ilə çıxış ediblər.

Konqres iştirakçıları, həmçinin Sankt-Peterburq şəhərinin tarixi-memarlıq, incəsənət abidələri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: