Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin direktoru, dosent Vazeh Əsgərov AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
Mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli ilə görüşdə ikitərəfli əməkdaşlıq, Fransa-Azərbaycan Universitetinin tələbələrinin RSXM-də təcrübə keçmələrilə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Strasburq Universitetinin və Fransa-Azərbaycan Universiteti rəhbərliyinin təşəbbüsü ilə bu ali məktəbin Yer elmləri ixtisası istiqamətində təhsil alan tələbələri RSXM əməkdaşlarının ekspedisiya apardıqları poliqonlarda təcrübə keçəcəklər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.