AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda Türkiyə Universitetlərinin nümayəndələrilə görüş keçirilib.
Türkiyənin Ordu Universitetinin müəllimi dosent Hüseyn Yıldız, Əhməd Yasəvi Universitetinin Filologiya fakültəsinin dekanı Dr Abdulkadir Öztürk, Ankara Hacı Bayram Vəli Universitetinin müəllimi Hulya Kasapoğlu Gensel, doktorant Fulya Akman Dilçilik İnstitutunda olublar.
Görüş zamanı Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin elmi əhəmiyyətindən danışıb.
Görüşdə ikitərəfli əlaqələrin aktual məsələləri, ortaq tədbirlərin həyata keçirilməsi müzakirə olunub.
Qonaqlar Azərbaycan-Türkiyə elmi və ədəbi əməkdaşlığından danışıblar. Qeyd ediblər ki, bizim bütün əməkdaşlığın arxasında Azərbaycan-Türkiyə münasibətləri, dostluq-qardaşlıq əlaqələri dayanır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.