Misirin Elmi Tədqiqatlar və Texnologiya Akademiyasının prezidenti professor Gina El-Feky və vitse-prezidenti professor Tamer Hamovda Fizika İnstitutunda qonaq olublar.
Qonaqlar institutun baş direktoru akademik Arif Həşimovla görüşüblər.
Görüş çərçivəsində tərəflər təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat veriblər. Qarşılıqlı tədqiqatların aparılması, layihələrin icrası və digər mövzularda fikir mübadiləsi aparıb.
Prof. Gina El-Feky Fizika İnstitutu ilə rəhbərlik etdiyi qurum arasında səmərəli əməkdaşlığın qurulması istiqamətində maraqlı olduğunu vurğulayıb. Akademik Arif Həşimov da qarşılıqlı əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşdə, həmçinin Fizika İnstitutunun icraçı direktoru professor Hüseyn İbrahimov, elmi katib fizika üzrə fəlsəfə doktoru Afət Kərimova, Elmi innovasiyalar və xarici əlaqələr şöbəsinin müdiri fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov iştirak ediblər.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.