Bakı Türk Təhsil Müşavirliyi nəzdində olan Bakı Türk Anadolu Liseyinin şagirdləri AR ETN Botanika İnstitutunu ziyarət ediblər.
Biologiya müəllimi Ayşe İlerinin koordinatoru olduğu “Etnobotanika layihəsi” çərçivəsində liseyin 10-cu sinif şagirdlərinə biologiya fənninə maraqlarının artırılması məqsədilə açıq dərs təşkil olunub. Məktəblilərə institutun mütəxəssisləri tərəfindən Azərbaycan florasına aid endem, nadir və dərman bitkilərinin, o cümlədən ibtidai birkilərin təbii yayılma əraziləri, əhəmiyyəti, mühafizə problemləri barədə ətraflı məlumat verilib.
Herbari Fondunda saxlanılan nüsxələr, Botanika Muzeyində nümayiş olunan eksponatlar məktəblilərdə böyük maraq yaradıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.