Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

15.04.2025 11:45
  • A-
  • A
  • A+

Yapon mütəxəssis Taro Savada Şəki Regional Elmi Mərkəzinin qonağı olub

Yapon mütəxəssis Taro Savada Şəki Regional Elmi Mərkəzinin qonağı olub

“TET International Development Co.Ltd.” şirkətinin prezidenti Taro Savada AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) qonağı olub.

Şəki REM-in direktoru fiz.ü.f.d., dos. Yusif Şükürlü yapon iş adamını mərkəzlə tanış edib, daha sonra yaşıl enerjinin və CO2 emissiyasının azaldılması yollarının müəyyənləşdirilməsi, gələcək perspektivlər və birgə əməkdaşlıq istiqamətində müzakirələr aparılıb.

Taro Savada qeyd edib ki, gələcəkdə buraya investrların cəlb edilməsi, investisiya qoyuluşunun artması, iqtisadi və mədəni əməkdaşlıq Azərbaycan ilə Yaponiya arasında elmi əlaqələrin daha da möhkəmlənməsi üçün zəmin yaradacaq.

Sonda yaponiyalı qonaq tərəfindən hədiyyələr təqdim edilib, xatirə şəkilləri çəkilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: