Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

19.11.2024 10:51
  • A-
  • A
  • A+

Neft-Kimya Prosesləri İnstitutunda Misir nümayəndə heyəti ilə əməkdaşlıq müzakirə olunub

Neft-Kimya Prosesləri İnstitutunda Misir nümayəndə heyəti ilə əməkdaşlıq müzakirə olunub

COP29 çərçivəsində Misir Ali Təhsil Nazirinin müavini Prof.Dr. Husaməddin Məhəmməd Osman, Misir Milli Tədqiqat İnstitutunun direktoru Prof. Dr. Fəcr Abdul Cavad və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin mudiri Prof.Dr. Tarek Mohammad Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda olublar. səfər etmişlər.

Qonaqlar institutun baş direktoru, akademik Vaqif Abbasovla görüşərək, burada həyata keçirilən elmi-tədqiqat işləri və innovativ layihələr barədə ətraflı məlumat alıblar. Görüş zamanı neft-kimya sənayesinin gələcək inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi və müasir texnologiyaların tətbiqi imkanları geniş müzakirə olunub. Dr. Husaməddin Məhəmməd Osman Neft-Kimya Prosesləri İnstitutunun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, bu sahədə beynəlxalq əməkdaşlığın və bilik mübadiləsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Görüşün sonunda tərəflər, davamlı elmi əlaqələrin qurulması və COP29 çərçivəsində nəzərdə tutulan layihələrin uğurla həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq niyyətlərini ifadə etmişlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: