Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu Qazaxıstan Respublikasının J.Jiembaeva adına “Bitki mühafizəsi və karantin” elmi-tədqiqat institutu ilə birgə elmi əməkdaşlıq etmək üçün onlayn formatda görüş keçirib.
Görüşdə Qazaxıstan tərəfdən həmin elmi-tədqiqat institutunun biolaboratoriyasının müdiri b.e.ü.f.d., dosent Nurcan Serikxanoviç Muhammadiyev, Dendrologiya İnsititunun baş direktor v.i.e., dosent Minarə Həsənova, “Bitki mühafizəsi” laboratoriyasının müdiri a.e.ü.f.d., dosent Şaməddin Qəhrəmanov, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Xəlilov iştirak ediblər. Onlayn görüşdə Dendrologiya İnstitutun laboratoriyaları, aparılan elmi araşdırmaları, tədqiqatlar və nailiyyətləri barədə məlumat verilib. Hər iki qurum tərəfindən elmi əməkdaşlıq birgə elmi-tədqiqat işlərinin aparılmasına dair memorandumun bağlanmasına dair razılıq əldə olunub.
Qazağıstan Respublikasının J.Jiembaeva adına “Bitki mühafizəsi və karantin” elmi-tədqiqat institutu biolaboratoriyasının müdiri b.e.ü.f.d., dosent Nurcan Serikxanoviç Muhammadiyev Dendrologiya İnstututu arasında əlaqələrin inkişaf etdirilməsində və müxtəlif əməkdaşlıq formatında uğurla həyata keçirilmiş layihələrin davam etdirilməsində maraqlı olduqlarını qeyd edib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.