Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

18.11.2024 13:54
  • A-
  • A
  • A+

İCARDA-nın baş direktorunun müavini AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

İCARDA-nın baş direktorunun müavini AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda olub

Ölkəmizdə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası yüksək səviyyədə davam edir. Quraq Ərazilərdə Kənd Təsərrüfatı Araşdırmaları üzrə Beynəlxalq Mərkəz (İCARDA) bu tədbirdə çoxsaylı nümayəndələrlə təmsil olunur.

İCARDA baş direktorunun elmi tədqiqatlar üzrə müavini vəzifəsini icra edən, qurumun Biomüxtəliflik və Bitkilərin yaxşılaşdırılması Proqramının direktoru, Quraqlıq şəraitində dənli və paxlalı bitkilərin təkmilləşdirilmiş sortlarının yetişdirilməsi və artırılması üzrə tədqiqat qrupunun rəhbəri, Mərakeş tədqiqat platformasının meneceri Dr. Mickael Baum AR ETN Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun qonağı olub.

Alimi bu görüşdə Resursların səfərbərliyi üzrə İCARDA-nın rəsmi nümayəndəsi İsbəndiyar Vəliyev, AR ETN Gentik Ehtiyatlar İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru Mehrac Abbasov müşayiət ediblər.

İnstitutun baş direktoru akademik İradə Hüseynova İCARDA-nın nümayəndələrinə MBBİ-nin yaranma tarixi, strukturu, aparılan elmi tədqiqat işlərinin əsas istiqamətləri və kadr potensialı haqqında məlumat verib.

Görüşdə instititutun laboratoriya və şöbə müdirləri də öz tədqiqatları ilə bağlı məlumat veriblər. İCARDA ilə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib.

Daha sonra qonaqlar institutun yaradıcısı görkəmli alim akademik Cəlal Əliyevin iş otağı və kitabxanası, həmçinin müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyalarla tanış olublar.

Qeyd edək ki, Mickael Baum dünyada biotexnologiya sahəsində tanınmış alimdir. O, nüfuzlu jurnallarda çap olunan 110-dan çox məqalənin, 30 kitab fəsli və 40 konfrans materialının müəllifidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: